Ən çox şikayət olunan bank KİMİNDİR?
14 Dekabr 2025, 09:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1143
13.04.2025, 11:08
Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən - aprelin 11-də keçirilən iclasında keçmiş hərbi prokuror Xanlar Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.
İclasda Xanlar Vəliyevin Baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru kimi fəaliyyət göstərdiyi, ədliyyə general-leytenantı, hüquq elmləri üzrə fəlsəfə doktoru olduğu, "Əməkdar hüquqşünas" adına layiq görüldüyü, "Vətənə xidmətə görə" I və II dərəcəli ordenlərlə, "Azərbaycan Bayrağı" ordeni ilə, "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildiyi diqqətə çatdırılıb.
Daha sonra Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Səsvermənin nəticəsi açıqlananda məlum olub ki, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasının əleyhinə cəmi 1 deputat səs verib.
Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat REAL Partiyasını partalamentdə təmsil edən Erkin Qədirli olub.
Bəs Erkin Qədirli niyə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını istəməyib?
Müxbirimiz bunun səbəbini öyrənmək üçün deputat Erkin Qədirli ilə əlaqə saxlamaq istəsə də, onunla danışa bilməyib.
Həmçinin oxuyun
Əvəzində REAL Partiyasının sədri Natiq Cəfərli sualımızı cavablandırıb.
Onun sözlərinə görə, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ictimaiyyətdə birmənalı qarşılanmadı:
"Çünki ən azından həmin şəxsin adı müxtəlif məsələlərdə neqativ fonda hallanmışdı. O şəxsin adı müxtəlif məsələlərə görə tez-tez mətbuatda neqativ fonda hallanır ki, cəmiyyətdə onun fəaliyyəti ilə bağlı ciddi sorğular olur. Buna görə də REAL-ı təmsil edən deputatın və partiyamızın ümumi fikri bu idi ki, belə bir şəxsin Konstitusiya Məhkəməsi kimi vacib, dövlətin təməllərindən birini təşkil edən bir qurumda təmsil olunması həmin orqana güvənin zəifləməsinə gətirib çıxara bilər. Çünki Konstitusiya Məhkəməsi bütün ölkələrdə ən ali, heç bir şübhə doğurmayan hüquqi instansiyadır. Yəni bizim hamımız üçün ölkəmizin konstitusion təməllərinin qorunmasının ən son dayağıdır".
N.Cəfərli qeyd edib ki, Azərbaycanda müxtəlif üsullarla Konstitusiya Məhkəməsinə həm vətəndaşların, həm də bəlli dövlət və hökumət qurumlarının müraciət etmək hüququ var:
"Ona görə də biz düşündük ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bir şəxsin oraya təyinatı həmin qurumun özünün güvənirliyini müəyyən dərəcədə zədələyə bilər. Məhz buna görə də biz əleyhinə səs verdik. Bu qərar ona xidmət edir ki, biz ölkədə dövlət institutlarının güclənməsinə, vətəndaşların həmin institutlara güvəninin daha da artmasına çalışırıq. Bu bizim siyasi partiya olaraq mövqeyimizdir ki, dövlət institutları həmişə güvənilən olmalıdır".**Modern.az
09:15 / 14 Dekabr 2025
22
08:58 / 14 Dekabr 2025
51
08:46 / 14 Dekabr 2025
80
08:43 / 14 Dekabr 2025
37
01:21 / 14 Dekabr 2025
1120
00:52 / 14 Dekabr 2025
853
00:43 / 14 Dekabr 2025
149
00:04 / 14 Dekabr 2025
953
23:47 / 13 Dekabr 2025
1487
23:44 / 13 Dekabr 2025
97
23:30 / 13 Dekabr 2025
102
22:45 / 13 Dekabr 2025
669
22:30 / 13 Dekabr 2025
168
22:28 / 13 Dekabr 2025
191
22:22 / 13 Dekabr 2025
246
22:11 / 13 Dekabr 2025
327
21:58 / 13 Dekabr 2025
484
21:34 / 13 Dekabr 2025
1374
21:21 / 13 Dekabr 2025
120
21:19 / 13 Dekabr 2025
151
21:15 / 13 Dekabr 2025
121
21:02 / 13 Dekabr 2025
102
20:49 / 13 Dekabr 2025
476
20:44 / 13 Dekabr 2025
127
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.