Azərbaycan nefti cüzi bahalaşıb
22 Avqust 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1382
11.04.2025, 12:55
Qadın və Uşaq Sığınacağı təşkilatının sədri Mehriban Zeynalova ictimaiyyətə müraciət edib.
Oxu24.com xəbər verir ki, müraciət sığınacaqda olan uşaqların dərsə getmək üçün yaranan nəqliyyat xərcləri ilə bağlııdr.
"Artıq 4 ildir ki, eyni məsələ ilə bağlı müraciət etməyə məcbur qalırıq. Təəssüf ki, bu illər ərzində uşaqlarımızın nəqliyyat problemi hələ də öz həllini tapmayıb. Bu mövzu bizi həqiqətən çox yordu. Sığınacağa gələn hər bir uşağın ilk olaraq təhsilini düşünmüşük, çünki bizim üçün onlara ediləcək ən böyük sərmayə məhz təhsildir.
Hazırda nəqliyyat xərclərini sadəcə 2 xeyirsevər qarşılayır. Amma gələcək il bizim üçün tamamilə müəmmalıdır. Bu səbəbdən son bir ümid olaraq "1 manatlıq aksiya"ya başlamaq qərarına gəldik. Bəlkə də bu yolla müəyyən qədər vəsait toplayıb, köhnə də olsa bir avtobus ala bilərik. Uşaqları məktəbə, kurslara, rayona – istirahətə və yeni üfüqlərə aparmaq bizim üçün böyük bir arzudur.
Bu kampaniyanı sizlərə müraciət etmədən öncə dəfələrlə bu çətinliklə bağlı müxtəlif qurumlara yazmışıq, amma təəssüf ki, heç bir müsbət cavab ala bilməmişik.
Güc birlikdədir deyərək bu kampaniyaya start veririk. Əgər məbləğ toplanarsa, hər ödənişi rəy bölməsində şəffaf şəkildə paylaşacağıq. Eyni zamanda, nəqliyyatın alınması və seçim prosesi də sizinlə birgə həyata keçiriləcək",-deyə müraciətdə qeyd olunub.
Mehriban Zeynalovanın saytımıza verdiyi məlumata görə,sığınacaqda yaşayan uşaqların məktəbə rahat gedib-gəlmələri üçün başlatdıqları kampaniyanın artıq 3-cü günündə 7650 AZN vəsait toplanıb.
Dəstək olmaq istəyənlər üçün hesab nömrələri
Kapital Bank – 4169 7388 3193 2078
Hər kəsin dəstəyi – istər 1 manat, istər 10 – bu yolda böyük önəm daşıyır. Uşaqların gələcəyinə birgə ümid olaq.
Hazırladı: Miri Məcidli
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.