Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisaslarda keçid balları artacaq
25 İyun 2026, 17:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4793
27.03.2025, 20:15
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra rəsmi qurumlar hərəkətə keçib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib: "Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib".
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.
Qeyd edək ki, içərisində yaşayış olan evin “Melissa Group” tikinti şirkəti tərəfindən dağıdıldığı bildirilir. "Melissa Group" şirkətinin sahibi Qalib Məmmədovdur. Baş direktoru isə Xəzər Məmmədovdur.
Oxu24.com bildirir ki, Bakupost.az-ın araşdırmasına görə, Qalib Nurulla oğlu Məmmədov əslən Masallı rayonunun Ərkivan kəndindən olan iş adamıdır. O, rayonda özünü xeyriyyəçi kimi təqdim edir.
1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirən Qalib Məmmədov Politexnik İnstitutunun "Avtomobil yollarının istismarı və təşkili" fakultəsində təhsil alıb. İnstitutu bitirəndən sonra o, Naxçıvana təyinat alıb.
Bir müddət Avtomobil Nəqliyyat Kontorunun 4 saylı istismar sahəsində çalışır, daha sonra Avtomobil Nəqliyyat Kontorunun rəisi vəzifəsinə təyinat alıb. Q.Məmmədov bu vəzifəni bir müddət icra edəndən sonra Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə təyin olunub. Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət işindən uzaqlaşıb və öz şəxsi biznesini qurub. Azərbaycan müstəqillik əldə edənə qədər Qalib Məmmədov yol tikintisindən xeyli pul qazana bilərdi. Amma yenə əlahəzrət məntiq deyir ki, ortada NƏSƏ var...
Qalib Məmmədovun həm də "Performance Center" şirkətinin prezidenti olduğu bildirilir. Şirkət 1997-ci ildən "General Motors" korporasiyasının "Chevrolet" və "Cadillac" brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Həmin ildən başlayaraq "Performance Center" "General Motors" korporasiyasının Şimali Amerika, 2004-cü ildən Rusiya, 2005-ci ildən isə Koreya istehsalı olan "Chevrolet" avtomobillərinin Azərbaycanda rəsmi dileridir. Hazırda “Performance Center” şirkətinin avtomobillərin satışı və texniki xidməti üzrə üç diler mərkəzi fəaliyyət göstərir ki, onlardan ikisi – "Performance Center" və "Babək" – Bakı şəhərində, digəri – "İdeal Motors" isə Gəncə şəhərində müştərilərin xidmətindədir.
Qalib Məmmədov eyni zamanda Bakıda “Halal” MTK, "General” MTK, "Yüksəl” MTK, "ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə "Melissa Park”, "Melissa Residence", "Melissa Azadlıq” layihələrini icra edən "Melissa Group” şirkətlərinin sahibidir. “Collezione Italia” şirkətinin də ona məxsus olduğu bildirilir.
Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir. Onun doğma Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” yanacaqdoldurma məntəqəsi, avtoservis, elektrik və elektronik məhsulların satışı mağazası, çörək zavodu və s.-in daxil olduğu bildirilir.
17:51 / 25 İyun 2026
24
17:43 / 25 İyun 2026
44
17:33 / 25 İyun 2026
74
17:28 / 25 İyun 2026
68
17:26 / 25 İyun 2026
65
17:25 / 25 İyun 2026
60
17:18 / 25 İyun 2026
44
17:18 / 25 İyun 2026
39
17:09 / 25 İyun 2026
51
17:00 / 25 İyun 2026
55
16:55 / 25 İyun 2026
60
16:48 / 25 İyun 2026
67
16:45 / 25 İyun 2026
65
16:30 / 25 İyun 2026
76
16:25 / 25 İyun 2026
75
16:19 / 25 İyun 2026
272
16:05 / 25 İyun 2026
60
15:55 / 25 İyun 2026
63
15:45 / 25 İyun 2026
81
15:43 / 25 İyun 2026
74
15:34 / 25 İyun 2026
63
15:32 / 25 İyun 2026
90
15:30 / 25 İyun 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.