Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı OLDU
23 Avqust 2026, 22:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
600
16.03.2025, 21:26
Kəsmik insan orqanizmi üçün faydalı qidalardan biri olan qatılaşmış süd məhsuludur. Onun tərkibində çoxlu mineral və mikroelementlər var.
Oxu24.com xəbər verir ki, kəsmik kalsium, fosfor, B12 vitamini ilə zəngindir, əzələ inkişafını, sümük sağlamlığını və enerji mübadiləsini dəstəkləyir.
Kəsmik keyfiyyətli protein tərkibi ilə əzələləri bərpa etməyə və gücləndirməyə kömək edir. Protein enerji səviyyələrini artırır, gündəlik fəaliyyətləri daha səmərəli yerinə yetirməyə imkan verir. Həmçinin toxluq hissini artıraraq çəki artımının qarşısını alır.
Bu qida sümük sağlamlığını dəstəkləyir, dişləri güclü saxlamağa kömək edir və osteoporoz kimi sümük xəstəliklərinin qarşısını alır. Böyümə çağında olan uşaqlar və yaşlılar üçün xüsusilə vacibdir.
Kəsmik probiotik xüsusiyyətlərə malik olmaqla həzm sistemini dəstəkləyir. Probiyotiklər bağırsaqda sağlam bakteriya balansını qoruyur və həzm problemlərini azaldır.
Tərkibindəki protein və qida maddələri sayəsində maddələr mübadiləsini sürətləndirir. Sürətli işləyən metabolizm bədənin enerji istehsalını artırır və çəkiyə nəzarət etməyə kömək edir.
Kəsmik tərkibindəki antioksidantlarla hüceyrə sağlamlığını dəstəkləyir. Antioksidantlar hüceyrə zədələnməsini azaldır və sərbəst radikallarla mübarizə apararaq yaşlanma prosesini ləngidir.
Sağlam yağlarla zəngin olan kəsmik ürək sağlamlığını da dəstəkləyir. Güclü antioksidant mənbəyi olduğu üçün xərçəngdən də qoruyur.
Tərkibindəki B12 vitamini ilə beyin funksiyalarını dəstəkləyir. Bundan başqa sinir sisteminin sağlamlığını qoruyur və idrak funksiyalarını gücləndirir, zehni performansı qorumağa kömək edir.
A vitamini ilə zəngin olan kəsmik göz sağlamlığını üçün də faydalıdır. A vitamini gözlə əlaqəli problemlərin qarşısını almağa və ümumi göz sağlamlığını qorumağa yardımçı olur.
Tərkibindəki bəzi amin turşuları, xüsusilə triptofan yuxu keyfiyyətini yaxşılaşdıra bilir. Triptofan, serotonin və melatonin kimi yuxunu tənzimləyən neyrotransmitterlərin istehsalına kömək edir.
22:46 / 23 Avqust 2026
29
21:04 / 23 Avqust 2026
66
20:22 / 23 Avqust 2026
59
19:55 / 23 Avqust 2026
84
19:12 / 23 Avqust 2026
96
19:02 / 23 Avqust 2026
94
18:44 / 23 Avqust 2026
96
17:40 / 23 Avqust 2026
75
17:31 / 23 Avqust 2026
110
17:09 / 23 Avqust 2026
86
16:36 / 23 Avqust 2026
116
16:15 / 23 Avqust 2026
138
15:59 / 23 Avqust 2026
106
15:19 / 23 Avqust 2026
121
15:04 / 23 Avqust 2026
107
14:39 / 23 Avqust 2026
86
14:20 / 23 Avqust 2026
90
14:18 / 23 Avqust 2026
82
14:09 / 23 Avqust 2026
79
14:01 / 23 Avqust 2026
120
13:56 / 23 Avqust 2026
98
13:48 / 23 Avqust 2026
86
13:43 / 23 Avqust 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.