Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırıldı
24 Avqust 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
609
04.03.2025, 18:00
Oruç tutmaq ürək sağlamlığına müsbət təsir göstərir.
Oxu24.com xəbər verir ki, tibb elmləri üzrə professor Merih Kutlunun açıqlamalarına görə oruc ürək sağlamlığına müsbət təsir göstərir.
Araşdırmalar göstərir ki, oruc tutan şəxslərdə pis xolesterol (LDL) azalır, yaxşı xolesterol (HDL) isə yüksəlir.
Həkim ürək xəstələrinin oruc tuta bilməsi məsələsində ümumi bir qayda olmadığını, hər xəstənin vəziyyətinin fərdi şəkildə qiymətləndirilməli olduğunu bildirib. Onun sözlərinə görə, diaqnoz, istifadə edilən dərmanlar və ac qalma müddəti bu qərarın verilməsində əsas rol oynayır.
Həkim ürək xəstələrinin oruc tutmazdan əvvəl mütləq həkimlə məsləhətləşməli olduqlarını vurğulayaraq, düzgün qidalanma və dərmanların vaxtında qəbul edilməsinin vacibliyini qeyd edib. O, orucun ürək sağlamlığına faydaları arasında iltihabı azaltdığını, insulin həssaslığını artırdığını və psixoloji rahatlıq verdiyini bildirib.
Bununla yanaşı, ağır ürək çatışmazlığı olan, son 1-2 ayda infarkt keçirmiş, stent taxılmış şəxslərin oruc tutmasının təhlükəli olduğunu deyən Kutlu yüksək təzyiqi olan xəstələrə də oruc tutmağı tövsiyə etmədiklərini bildirib.
O, iftarda və sahurda həddindən artıq yeməyin ürəyə əlavə yük yaratdığını, bunun da ürək döyüntüsünü artırdığını və qan təzyiqini yüksəltdiyini qeyd edib. Həkim xüsusilə Ramazan ayında iftardan sonra ürək tutmalarının daha çox qeydə alındığını xatırladaraq, yeməklərin iftarla sahur arasında bölünərək yeyilməsinin daha sağlam olduğunu bildirib.
Həkim yağlı, qızardılmış və yüksək karbonhidratlı qidalardan uzaq durmağı, lifli və proteinlə zəngin qidaların qəbul edilməsini tövsiyə edərək, ürək xəstələrinin oruc tutmazdan əvvəl həkim məsləhəti almasının vacibliyini vurğulayıb.
23:54 / 24 Avqust 2026
1
22:49 / 24 Avqust 2026
32
22:49 / 24 Avqust 2026
52
22:25 / 24 Avqust 2026
160
22:06 / 24 Avqust 2026
66
21:40 / 24 Avqust 2026
59
21:17 / 24 Avqust 2026
76
20:58 / 24 Avqust 2026
86
20:58 / 24 Avqust 2026
97
20:28 / 24 Avqust 2026
69
20:00 / 24 Avqust 2026
74
19:45 / 24 Avqust 2026
91
19:38 / 24 Avqust 2026
89
19:29 / 24 Avqust 2026
82
19:18 / 24 Avqust 2026
151
19:13 / 24 Avqust 2026
81
19:08 / 24 Avqust 2026
869
19:00 / 24 Avqust 2026
71
18:59 / 24 Avqust 2026
370
18:57 / 24 Avqust 2026
83
18:51 / 24 Avqust 2026
87
18:43 / 24 Avqust 2026
165
18:26 / 24 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.