Ermənistana sərnişin daşıma AÇILACAQ? - Sülhdən sonra YENİ MARŞRUTLAR
25 May 2026, 16:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1970
18.02.2025, 10:45
Bakıda iş saatlarının dəyişdiriləcəyi barədə məlumat vermişdik.
Yeni təkliflərə əsasən müvafiq qurumların aparacağı təhlillər əsasında müxtəlif sahələr üzrə işəgəlmə və işdən çıxma saatlarında dəyişikliklər ediləcək. Beləliklə, insanların eyni vaxtda yollara axışmasının qarşısı alınacaq və nəqliyyat sistemində yaranan sıxlıq azalacaq.
Qeyd olunan təklif müzakirələrə səbəb olub. Cəmiyyətdə bu addımın müsbət nəticə verəcəyini düşünənlərlər yanaşı,əks fikirdə olanlar da var.
Mövzu ilə bağlı Oxu24.com-a danışan AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu bildirib ki, məsələyə başqa prizmadan yanaşmaq lazımdır.
"Bakıdakı tıxac problemini həll etmək üçün iş saatlarını müxtəlif vaxtlara dəyişdirmək yox, rayonlarda iş yerləri açmaq, fabrik-zavod tikmək, kəndliyə kənd təsərrüfatı ilə məşğul olmağa şərait yaratmaq lazımdır. Onda Bakı öz-özünə boşalacaq. Hazırda Bakı şəhəri sürətlə böyüyən və əhalisi normadan çox artan bir mərkəzdir. Bu da mövcud infrastruktur üzərində böyük təzyiq yaradır. Tıxac nəqliyyatın sıxlığı, havanın çirklənməsi və ümumilikdə şəhərin ətraf mühitinin həddən artıq pisləşməsi kimi mənfi təsirləri artırır. Rayonlarda fabrik-zavodların tikilməsi, insanların öz yaşadığı ərazidə iş tapmasını təmin edəcək.",-deyə Elyar İslamoğlu bildirib.
AMEA -nın aparıcı elmi işçisi həmçinin kənd yerlərində əhalinin yaşaması üçün şəraitin yaxşılaşdırıması məsələsini də gündəmə gətirib.
"Eyni zamanda kənd təsərrüfatına dair təşviqlər kənd yerlərində iş imkanları yaradaraq kənd əhalisinin kənddə qalmasına şərait yaradacaq. Əgər rayonlarda iş yerləri açılarsa, insanlar yerli iş imkanlarından istifadə edə bilər və bu onları böyük şəhərlərə, xüsusilə Bakıya köçməyə məcbur etməz. Kənd yerlərində kənd təsərrüfatı ilə məşğul olmaq üçün lazımi şərait yaradılarsa, kəndlilər iş tapmaq üçün şəhərlərə, mərkəzə axın etməz və öz torpaqlarında yaşayıb çalışa bilərlər. Kənd təsərrüfatının inkişafı şəhərə köçün qarşısını almaqla yanaşı, həm də ölkədə azalan ət istehsalını da artıracaq. Bu məsələnin ən müsbət tərəfi isə iqtisadiyyatın müxtəlif bölgələrdə inkişaf etməsini təşviq etməsidir. Bakıdan kənarda iş yerlərinin artırılması regional bərabərsizliyin azaldılmasına və urbanizasiyanın balanslaşdırılmasına kömək edəcək. Rayonlarda çox sayda iş yerlərinin açılması və kənd təsərrüfatının inkişafının nəticəsində Bakı şəhərindəki sıxlıq da azalacaq. Bu isə tıxacların, ekoloji problemlərin və sosial gərginliklərin də aradan qaldırılmasına kömək edəcək.",-deyə O, fikrini yekunlaşdırıb.
Miri Məcidli
16:54 / 25 May 2026
98
16:49 / 25 May 2026
201
16:46 / 25 May 2026
75
16:40 / 25 May 2026
72
16:36 / 25 May 2026
127
16:33 / 25 May 2026
81
16:21 / 25 May 2026
284
15:35 / 25 May 2026
87
15:27 / 25 May 2026
90
15:06 / 25 May 2026
127
15:01 / 25 May 2026
104
14:55 / 25 May 2026
101
14:47 / 25 May 2026
338
14:42 / 25 May 2026
115
14:37 / 25 May 2026
71
14:25 / 25 May 2026
111
14:20 / 25 May 2026
1301
14:05 / 25 May 2026
1283
14:02 / 25 May 2026
114
13:57 / 25 May 2026
115
13:54 / 25 May 2026
139
13:49 / 25 May 2026
1191
13:46 / 25 May 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.