Ən çox şikayət olunan bank KİMİNDİR?
14 Dekabr 2025, 09:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3476
30.01.2025, 17:27
"Həkim həbsləri davam etsə, biz rahat işləyə bilməyəcəyik."
Oxu24.com xəbər verir ki, bu barədə İTV-nin efirində yayımlanan "Sabaha saxlamayaq" verilişində çıxışında məşhur kardioloq Üzeyir Rəhimov bildirib.
O, həbs olunmuş plastik cərrah Sənan Mehdiyevin həbsi fonunda bu çıxışı edib.
"Mən bu günə qədər ümumiyyətlə eşitməmişəm ki,xəstə ölümünə görə bir həkimi həbs etsinlər. Həkimi həbs etmək üçün dünyada bir şərt var: Qəsdən bir pasiyentin ölümünə səbəb olduqda. Əgər,bu fakt varsa,həkim həbs edilə bilər. Amma istintaq bitmədən bir həkimin həbs edilməsi məni çox narahat etdi. Gedişatı öncədən görürdüm. Çünki, son vaxtlar diplomsuz cərrahlardan,gel vuranlardan,dolğuçulardan məsələ şişmişdi. Sanki,bir günahkar axtarılırdı. Diplomlu,sertifikatı olan ,2008-ci ildən cərrah işləyən bir peşəkar həkimin həbs edilməsi sanki,ortalığı sakitləşdirmək üçün atılan bir addım idi. Düzdür,həmin gənc xanımın vəfatı hər kəsi məyus edir. Bu, çox ağırdır. Hər kəsə başsağlığı verirəm. Bilirəm ki, doktor da çox əziyyətlər çəkir...Bu,məsələyə girmirəm... Mən özümü bu həkimin yerinə qoydum. Hər gün belə şeylərin olma ehtimalım var.Mənə müraciət edən insanların ölüm ehtimalı gözlə - qaş arasındadır. Əgər,belə davam edəcəks,biz rahat işləyə bilməyəcəyik",- deyə Üzeyir Rəhimov bildirib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
Bu gün Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.
Həmçinin oxuyun
Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Miri
09:15 / 14 Dekabr 2025
22
08:58 / 14 Dekabr 2025
51
08:46 / 14 Dekabr 2025
80
08:43 / 14 Dekabr 2025
37
01:21 / 14 Dekabr 2025
1120
00:52 / 14 Dekabr 2025
853
00:43 / 14 Dekabr 2025
149
00:04 / 14 Dekabr 2025
953
23:47 / 13 Dekabr 2025
1487
23:44 / 13 Dekabr 2025
97
23:30 / 13 Dekabr 2025
102
22:45 / 13 Dekabr 2025
669
22:30 / 13 Dekabr 2025
168
22:28 / 13 Dekabr 2025
191
22:22 / 13 Dekabr 2025
246
22:11 / 13 Dekabr 2025
327
21:58 / 13 Dekabr 2025
484
21:34 / 13 Dekabr 2025
1374
21:21 / 13 Dekabr 2025
120
21:19 / 13 Dekabr 2025
151
21:15 / 13 Dekabr 2025
121
21:02 / 13 Dekabr 2025
102
20:49 / 13 Dekabr 2025
476
20:44 / 13 Dekabr 2025
127
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.