Onların maaşı 15 manat artdı
01 May 2025, 20:24
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
696
28.01.2025, 14:54
Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Fərmanı ilə Naxçıvan şəhərində istehlakçıların məişət, içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə həvalə olunub.
Naxçıvan şəhəri içməli su ilə necə təmin olunur?
Bu suala yerində, məkanında cavab verməyə çalışmışıq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat katibi Ceyhun Musaoğlu Naxçıvan şəhərinin su təchizatı barədə məlumat verərək bildirib: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin fərmanı ilə Naxçıvan şəhərinin su təsərrüfatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tərkibinə verilib. İlkin mənbədən suyun alınması, sutəmizləyici qurğulara ötürülməsi, oradan təmizlənib şəhərə verilməsi, o cümlədən, tullantı sularının axıdılması işinin tənzimlənməsi məqsədilə qurğuların işlək vəziyyətdə olması ilə yaxından tanış olmuşuq”.
Naxçıvan şəhər Sukanal İdarəsinin əməkdaşları da fasiləsiz iş rejimində fəaliyyət göstərirlər. Xətlərin tənzimlənməsi işlərindən tutmuş sakinlərin dayanıqlı, keyfiyyətli, içməli su ilə təminatını həyata keçirən əməkdaşlar, həm də qəza hallarının aradan qaldırılması, tikinti-bərpa işlərinin görülməsi istiqamətində müxtəlif tədbirlər yerinə yetirirlər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbər heyəti şəhərin su təsərrüfatı sahəsindəki əməkdaşlarla görüş keçiriblər. Görüşdən sonra qəza-bərpa xidmətinin əməkdaşları təlim toplanışına cəlb olunublar və fəaliyyət istiqamətlərini nümayiş etdiriblər.
Naxçıvan Muxtar Respublikasında da mövcud hidroresurslar hesabına əhalinin ekoloji cəhətdən təmiz və davamlı içməli su ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Hazırda şəhərdə istehlakçıların tələbatına uyğun içməli su və kanalizasiya sistemləri qurulub, bu sahədə müasir infrastruktur yaradılıb.
Heydər Əliyev adına Su Anbarı Babək rayonunun Vayxır kəndində yerləşir və 2005-ci ildə istismara verilib. Ümumi tutumu 100 milyon kubmetr, bəndin uzunluğu 550, hündürlüyü isə 70,5 metrdir. Heydər Əliyev Su Anbarından yay aylarında saniyədə 600-700 litr, payız-qış aylarında isə 400-600 litr su buraxılır. Buraxılan su kaptaj qurğularda toplanır. Belə ki, Naxçıvan şəhərinin su mənbəyi 8 ədəd qoldan - drenaj borulardan ibarət xətlərdən və 52 sutoplayıcı quyulardan ibarətdir. Bu quyularda yığılan su anbara və Sutəmizləyici Qurğular Kompleksinə ötürülür.
Ceyhun Musaoğlu qeyd edir ki, Sutəmizləyici Qurğular Kompleksinin 2011-ci ildə inşasına başlanılıb və 2013-cü ilin aprel ayında tamamlanıb. Sutəmizləyici qurğulara Heydər Əliyev adına Su Anbarından daxil olan suyun saatda miqdarı 1200-1800 kubmetrdir.
Sözügedən Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi Naxçıvan şəhərində əhalini və sənaye obyektlərini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edir.
Həmçinin oxuyun
Kompleksdə 1 ədəd 1500 kubmetrlik xam su anbarı və 3 ədəd ümumi tutumu 25 min kubmetrlik təmiz su anbarı mövcuddur. Kompleks müasir avadanlıqlardan ibarət membran filtr ozon qurğusu, Bernulli filtri, kartuş filtri, Y-tipli filtrlə təchiz edilib. Kompleksdə hazırda istifadə edilən membran filtrinin sayı 2016 ədəddir. Hər bir qurğunun bir saatda məhsuldarlıq gücü 243 kubmetrdir, ümumi qurğunun gücü isə 40.824 kubmetrə bərabərdir.
Suyun təmizlənmə prosesi 4 mərhələdə icra olunur. Bundan sonra anbarlara yığılır şəhər və ətraf qəsəbələri su ilə təmin edir.
Laboratoriyada quraşdırılan müasir avadanlıqlar suyun tərkibinə gündəlik nəzarət etməyə və analizlər aparmağa şərait yaradır.
Naxçıvan şəhərində Təmizləyici Qurğular Kompleksinin ərazisində olarkən mətbuat katibi məlumat verərək bildirib ki, qurğunun gücü gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Hazırda qurğuya daxil olan çirkab suyun miqdarı 19 min kubmetrdir. Ümumilikdə bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. Kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan hovuzlardan ibarətdir.
Qurğu üç mərhələdə işləyir: fiziki, bioloji mərhələ və membran filtrlərindən süzülmə.
Çirkab su bütün mərhələləri keçdikdən sonra filtrlərdən keçir, süzülmə yolu ilə tam təmizlənir. Təmizlənmiş su təmiz su hovuzuna, oradan Araz çayına axıdılır.
Təmizlənə bilməyən su təxliyə hovuzuna, oradan oksigensiz hovuza ötürülür və burada çökdürülür. Çökdürülmüş lil gübrə hovuzuna, növbəti mərhələdə isə gübrə qurutma aparatına ötürülür.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ali məqsədi digər iri şəhərlərdə olduğu kimi Naxçıvan şəhərinin əhalisini də failəsiz və keyfiyyətli su ilə təmin etməkdir.
21:15 / 01 May 2025
Əli Mirəliyev son durumu acıqlandı
1
21:07 / 01 May 2025
Mayk Uolts vəzifəsindən azad edildi
34
20:40 / 01 May 2025
Bir gecədə saçları niyə ağarmışdı? - Yaşar Nuri haqda şok faktlar
194
20:28 / 01 May 2025
Dünyanın ən hündür heyvanı olan Zürafələr haqqında bilmədiklərimiz
51
20:24 / 01 May 2025
Onların maaşı 15 manat artdı
34
19:58 / 01 May 2025
Kəlbəcərdə işçi axtarılır - MAAŞ 1000 MANAT
40
19:38 / 01 May 2025
Ən ağıllı körpələrin doğulduğu ay - Uğurlu liderlər də həmin ayda dünyaya gəlib
31
19:28 / 01 May 2025
Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi
49
19:17 / 01 May 2025
28 övladı,250 nəvəsi olan 136 yaşlı kişi hər gün bunu yeyirmiş — FOTOLAR
458
19:16 / 01 May 2025
Prezidentin təyin etdiyi yeni sədr kimdir? - DOSYE
55
19:05 / 01 May 2025
Maşınların üstünə özünü atıb,pul alan şəxs görün kim imiş — RƏSMİ
311
19:02 / 01 May 2025
Bakıda “Porsche”ni sərxoş vəziyyətdə sürən qadın həbs edildi - Video
256
18:45 / 01 May 2025
Həmin videodakı çadralı qadın və görüntüləri yayan polisə çağırıldı
63
18:34 / 01 May 2025
Komissiya yaradılıb: Köhnə evlər sökülür
53
18:32 / 01 May 2025
Azərbaycan XİN: Hindistan və Pakistan arasında mövcud gərginlik narahatıq doğurur
50
18:23 / 01 May 2025
ABŞ-İran danışıqları təxirə salınıb
45
18:17 / 01 May 2025
Yeni təyinat baş tutub — FOTO
63
18:04 / 01 May 2025
Emin Musəvi qızının şəklini paylaşıb bu sözləri yazdı — FOTO
623
17:58 / 01 May 2025
Filippində avtobusun ödəniş məntəqəsinə çırpılması nəticəsində 12 nəfər ölüb
59
17:54 / 01 May 2025
Almaniyada qaz partlayışı nəticəsində 10-a yaxın adam xəsarət alıb
63
17:52 / 01 May 2025
Əməkdar artist işdən çıxarıldı
74
17:43 / 01 May 2025
Prezident təsdiqlədi: Satışı qadağan edildi
1752
17:30 / 01 May 2025
İsrail ordusu HƏMAS-a qarşı genişmiqyaslı əməliyyata hazırlaşır
50
17:17 / 01 May 2025
3 Prezidentlə işləyən,Rusiyaya qarşı sərt mövqeyi ilə seçilən,4 dildə danışan politoloq — Vəfa Quluzadəni anım günündə tanıyaq
520
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.