Ən çox şikayət olunan bank KİMİNDİR?
14 Dekabr 2025, 09:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
22.01.2025, 14:29
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” mobil tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb. Son beş ayda tətbiqin endirilməsi 1 milyondan çox artaraq bu göstəriciyə çatıb.
2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu müddətdə əhatə dairəsini xeyli genişləndirib. Hazırda yeni nəsil rəqəmsal imzanın tərəfdaşlarının sayı 70-ə yaxındır. Təkcə “digital.login” vahid giriş sistemi üzərindən 150-dən çox hökumət portalına “SİMA İmza” ilə giriş təmin edilib. Bundan başqa 40-a yaxın maliyyə qurumu (o cümlədən 10 bank) SİMA rəqəmsal imza vasitəsilə müxtəlif xidmətlərini rəqəmsallaşdırıb.
“SİMA İmza” tətbiqi yaradılandan sonra vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə “SİMA İmza” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Tətbiq vətəndaşlar üçün ödənişsizdir.
Həmçinin oxuyun
SİMA rəqəmsal imza ölkənin rəqəmsal transformasiyasını sürətləndirir, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verir. Belə ki, rəqəmsal imzanın imkanları vaxta və xərcə qənaət imkanı yaradır. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa ehtiyac qalmır. Uzun və yorucu növbə prosesləri aradan qalxır.
“SİMA İmza” tətbiqində süni zəka və biometrik eyniləşdirmənin tətbiqi elektron imza sektorunda etibarlılıq amilini yüksək səviyyəyə çatdırır. Üztanıma texnologiyası sayəsində elektron imzalardan sui-istifadə hallarının qarşısı alınır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
09:15 / 14 Dekabr 2025
22
08:58 / 14 Dekabr 2025
51
08:46 / 14 Dekabr 2025
80
08:43 / 14 Dekabr 2025
37
01:21 / 14 Dekabr 2025
1120
00:52 / 14 Dekabr 2025
853
00:43 / 14 Dekabr 2025
149
00:04 / 14 Dekabr 2025
953
23:47 / 13 Dekabr 2025
1487
23:44 / 13 Dekabr 2025
97
23:30 / 13 Dekabr 2025
102
22:45 / 13 Dekabr 2025
669
22:30 / 13 Dekabr 2025
168
22:28 / 13 Dekabr 2025
191
22:22 / 13 Dekabr 2025
246
22:11 / 13 Dekabr 2025
327
21:58 / 13 Dekabr 2025
484
21:34 / 13 Dekabr 2025
1374
21:21 / 13 Dekabr 2025
120
21:19 / 13 Dekabr 2025
151
21:15 / 13 Dekabr 2025
121
21:02 / 13 Dekabr 2025
102
20:49 / 13 Dekabr 2025
476
20:44 / 13 Dekabr 2025
127
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.