Rusiyadan Azərbaycana pul köçürmək istəyənlərin nəzərinə
27 Avqust 2026, 09:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
797
14.01.2025, 16:29
Yanvarın 14-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili Qoşunlarının 2024-cü ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Oxu24.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirəni giriş sözü ilə açan Vilayət Eyvazov Prezident İlham Əliyev tərəfindən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi sücaəti, işğaldan azad edilmiş şəhər və rayonlarda, o cümlədən COP29 zamanı hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edən nazir, onu da vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.
Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində Qoşunların fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.



09:00 / 27 Avqust 2026
1
08:58 / 27 Avqust 2026
6
23:46 / 26 Avqust 2026
109
23:16 / 26 Avqust 2026
120
22:53 / 26 Avqust 2026
110
22:53 / 26 Avqust 2026
116
22:26 / 26 Avqust 2026
115
21:53 / 26 Avqust 2026
119
21:07 / 26 Avqust 2026
118
20:47 / 26 Avqust 2026
134
20:21 / 26 Avqust 2026
142
20:00 / 26 Avqust 2026
86
19:29 / 26 Avqust 2026
76
19:16 / 26 Avqust 2026
92
18:58 / 26 Avqust 2026
99
18:47 / 26 Avqust 2026
103
18:19 / 26 Avqust 2026
90
18:04 / 26 Avqust 2026
110
17:56 / 26 Avqust 2026
111
17:43 / 26 Avqust 2026
118
17:40 / 26 Avqust 2026
98
17:20 / 26 Avqust 2026
109
16:59 / 26 Avqust 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.