Bakının bu yollarında tıxac var
27 Avqust 2026, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
717
14.01.2025, 15:43
Kapital Bank “TIME” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb
Ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynovun dünyanın ən nüfuzlu jurnallarından biri olan “TIME” jurnalının xüsusi buraxılışında müsahibəsi yayımlanıb.
Müsahibədə Hüseynov Kapital Bank-ın 150 illik zəngin tarixindən və bu illər ərzində ölkənin bankçılıq sektoruna gətirdiyi innovativ həllərdən bəhs edib. O, bankın rəqəmsal transformasiya prosesində süni intellektin tətbiqinə xüsusi diqqət yetirdiyini və bunun nəticəsində müştərilərə təqdim olunan rəqəmsal həllərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Bankın sədri, eləcə də Kapital Bank-ın yaşıl bankçılıq prinsiplərinə sadiq qalaraq ətraf mühitin mühafizəsinə töhfə verdiyini və müştəri məmnuniyyətini hər zaman ön planda tutduğunu bildirib.
Kapital Bank-ın qeyri-neft sektorunda ölkə iqtisadiyyatının inkişafına dəstək olan maliyyə institutlarından biri olduğunu qeyd edən Hüseynov, bu istiqamətdə bankın infrastruktur layihələrinə, təhsilin inkişafına yatırdığı investisiyalardan danışıb. “Yeni texnologiyanın gücündən tam istifadə etmək üçün güclü və istedadlı komandaya daim ehtiyac var və bu istedadların sizinlə qalmasını təmin etməlisiniz. Kapital Bank-ın Azərbaycanda beş milyondan çox müştərisi var. Bank olaraq bizi müştəri mərkəzli xidmətdə zirvələrə daşıyan əməkdaşlarımızın da daxili müştərilərimiz olduğunu və onların rifahına da önəm verməyin vacibliyini anlayırıq”. O, həm də 5000-dən çox əməkdaşı ilə Kapital Bank-ın ölkənin əmək bazarının inkişafına da əhəmiyyətli töhfəsini vurğulayıb.
Eyni zamanda gələcəyə baxışla bağlı danışan Hüseynov, Kapital Bank-ın daim inkişaf etməkdə olan texnologiyaları tətbiq etməklə müştərilərinə daha müasir və rahat bank xidmətləri təqdim etməyə davam edəcəyini bildirib. O, bankın həm yerli, həm də beynəlxalq bazarda mövqeyini daha da gücləndirəcəyinə və Azərbaycan iqtisadiyyatının inkişafında önəmli rol oynamağa davam edəcəyinə əminliyini ifadə edib.
Məqaləni oxumaq üçün: //time.com/partnercontent/
Qeyd edək ki, 1923-cü ildən nəşr olunan “TIME” jurnalı dünyanın ən geniş oxucu kütləsinə malik həftəlik media orqanlarından biri hesab olunur. Jurnalın 2024-cü ilin son günlərində çıxan bu sayı daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, bu buraxılış tarixdə ilk dəfə olaraq Donald Trampın ikinci dəfə “İlin Adamı” seçilərək jurnalın üz qabığında yer alması ilə xüsusi əhəmiyyət kəsb edir.
08:58 / 27 Avqust 2026
1
23:46 / 26 Avqust 2026
109
23:16 / 26 Avqust 2026
120
22:53 / 26 Avqust 2026
110
22:53 / 26 Avqust 2026
116
22:26 / 26 Avqust 2026
115
21:53 / 26 Avqust 2026
119
21:07 / 26 Avqust 2026
118
20:47 / 26 Avqust 2026
132
20:21 / 26 Avqust 2026
142
20:00 / 26 Avqust 2026
86
19:29 / 26 Avqust 2026
76
19:16 / 26 Avqust 2026
92
18:58 / 26 Avqust 2026
99
18:47 / 26 Avqust 2026
103
18:19 / 26 Avqust 2026
90
18:04 / 26 Avqust 2026
110
17:56 / 26 Avqust 2026
111
17:43 / 26 Avqust 2026
118
17:40 / 26 Avqust 2026
98
17:20 / 26 Avqust 2026
109
16:59 / 26 Avqust 2026
98
16:45 / 26 Avqust 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.