Nigar Fərhad saxlanıldı
27 Avqust 2026, 09:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
714
13.01.2025, 16:40
Akademik Mirqasımov adına Klinik Xəstəxanada Rübab Dadaşova adlı qadının doğuşdan sonra ölməsi ilə bağlı məlumat yayılıb. İddia edilib ki, hamilə qadın anamnez götürülmədən əməliyyata alınıb. Uşaq doğulduqdan sonra qadının epilepsiyası olub və ona naməlum iynə vurulub. Komaya girən R.Dadaşova yanvarın 2-i ölüb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu24.com un sorğusuna cavab olaraq bildirilib ki, 1 yanvar 2025-ci il saat 16:40 radələrində 2001-ci il təvəllüdlü, 37-38 həftəlik hamilə olan şəxs Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub:
“Qadın ilk doğuşunun qeysəriyyə kəsiyi əməliyyatı ilə həyata keçirildiyini, əvvəlki qeysəriyyə çapığı bölgəsində şiddətli ağrılar hiss etdiyini bildirib.
Pasiyentin ilkin müayinəsi aparılıb, zəruri laborator və instrumental analizlər yerinə yetirilib. Təcili olaraq əməliyyata alınan xəstədə əməliyyatın son mərhələlərində qıcolmalar müşahidə edilib. Bu səbəblə xəstəyə sedasiya tətbiq edilərək təcili olaraq Reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində də qıcolmalar davam edərək, vəziyyəti daha da ağırlaşan xəstəyə intubasiya tətbiq olunub, lakin qıcolmaların qarşısını almaq mümkün olmayıb. Ağırlaşmanın fonunda aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ölüm faktı qeydə alınıb.
Dəqiq diaqnozun təsdiqi üçün reanimasiya və əməliyyat zamanı toplanan klinik məlumatlar, histopatoloji və laborator analizlər həlledici rol oynayacaq. Hazırda bu səbəblərin araşdırılması, tam dəyərləndirilməsi üçün müvafiq istintaq və tibbi ekspertiza prosesi davam edir.
Qeyd edilib ki, sözügedən şəxsin boyu 52 sm., çəkisi 3 kq. 400 qr. olan qız övladı dünyaya gəlib. Zəruri tibbi xidmətlər göstərilən, vəziyyəti qənaətbəxş olan körpə ambulator müalicə üçün evə buraxılıb.
09:47 / 27 Avqust 2026
1
09:31 / 27 Avqust 2026
25
09:10 / 27 Avqust 2026
42
09:06 / 27 Avqust 2026
45
09:02 / 27 Avqust 2026
42
09:00 / 27 Avqust 2026
49
08:58 / 27 Avqust 2026
45
23:46 / 26 Avqust 2026
116
23:16 / 26 Avqust 2026
126
22:53 / 26 Avqust 2026
116
22:53 / 26 Avqust 2026
122
22:26 / 26 Avqust 2026
118
21:53 / 26 Avqust 2026
122
21:07 / 26 Avqust 2026
121
20:47 / 26 Avqust 2026
136
20:21 / 26 Avqust 2026
145
20:00 / 26 Avqust 2026
88
19:29 / 26 Avqust 2026
77
19:16 / 26 Avqust 2026
95
18:58 / 26 Avqust 2026
100
18:47 / 26 Avqust 2026
107
18:19 / 26 Avqust 2026
92
18:04 / 26 Avqust 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.