Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər
12 Mart 2026, 16:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
672
07.01.2025, 15:27
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Oxu24.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 30.12.2024-cü il tarixində stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb. Qeyd edək ki, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həkim-travmatoloq Elşən Nəcəfov tərəfindən üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunan xəstənin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.
Həmçinin oxuyun
Travmatik koma vəziyyətində daxil olan xəstələrin (2 nəfər) kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən daha 2 nəfər də ambulator müalicə üçün evə buraxılıb. Tibb müəssisəsində qalan digər 3 nəfərin stasionar müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
16:06 / 12 Mart 2026
1
16:02 / 12 Mart 2026
16
15:54 / 12 Mart 2026
49
15:50 / 12 Mart 2026
28
15:45 / 12 Mart 2026
32
15:03 / 12 Mart 2026
579
15:00 / 12 Mart 2026
48
14:51 / 12 Mart 2026
148
14:42 / 12 Mart 2026
46
14:39 / 12 Mart 2026
48
14:29 / 12 Mart 2026
116
14:20 / 12 Mart 2026
60
14:18 / 12 Mart 2026
585
14:09 / 12 Mart 2026
268
13:56 / 12 Mart 2026
68
13:53 / 12 Mart 2026
82
13:47 / 12 Mart 2026
1797
13:45 / 12 Mart 2026
67
13:35 / 12 Mart 2026
69
13:29 / 12 Mart 2026
585
13:09 / 12 Mart 2026
74
13:06 / 12 Mart 2026
66
12:45 / 12 Mart 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.