Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126402
az

Nazirliyə 262 minlik ofis icarəyə verən Sevinc kimdir?

18:3524 Dekabr, 2024
178
CƏMİYYƏT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ofis sahəsinin  icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsinə yekun vurub.
 

Oxu24.com  xəbər verir ki, Agentlik Sevinc Şəfa qızı İsgəndərovadan ixtisaslaşmış sosial xidmət müəssisəsi üçün ofis sahəsi icarəyə götürəcək.

Bildirilir ki, 1 093 kv. metr ofisin bir il müddətinə icarəsi üçün qarşı tərəfə 262 min 320 manat ödəniləcək.

Onu da qeyd edək ki, Sosial Xidmətlər Agentliyi bir il əvvəl – ötən ilin dekabr ayında da Sevinc Şəfa qızı İsgəndərovadan 900 kv. metr ofis sahəsi icarəyə götürüb və qarşılığında 216 min manat ödəyib.

Sevinc Şəfa qızı İsgəndərova vergi ödəyicisi kimi (VÖEN – 2905863792) Sumqayıt şəhərində yerləşən 2 saylı Vergilər İdarəsində qeydiyyata alınıb.

Vergi ödəyicisi barədə açıq mənbələrdə başqa bir məlumat mövcud deyil. Sevinc Şəfa qızı İsgəndərova adlı şəxs eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən 51 saylı uşaq baxçasının direktoru vəzifəsində çalışır.

Mənbə: Yeniavaz

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ramin Hacıyevə ağır itki
Tənzilə Rüstəmxanlı şəhidlərlə birgə Hacı Şahinə salavat gətirilməsinə etiraz etdi
“Araz” supermarketlər şəbəkəsi mükafat aldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu xəstəxanalarda göndəriş olmadan pulsuz tibbi xidmətdən istifadə edə bilərsiniz - ŞAD XƏBƏR
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı- VİDEO