Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126353
az

Elektrikdən qanunsuz istifadə halları aşkarlandı- Video

14:1724 Dekabr, 2024
37
CƏMİYYƏT
  • A

Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC yenidənqurma işləri ilə yanaşı nəzarət tədbirləri də həyata keçirir. 

Oxu24.com  xəbər verir ki, abonentlərlə mütəmadi maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq, paytaxt və bölgələrdə sayğaclara aylıq baxış keçirilən zaman həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisinin talanması hallarına rast gəlinib.

Monitorinqlər zamanı Şəmkir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən soyuducu anbara məxsus sayğaca müdaxilə olunaraq içərisinə uzaqdan idarə olunan qurğunun yerləşdirildiyi və nəticədə sayğacın dövrədən kənarlaşdırıldığı müəyyən edilib. Daha bir soyuducu anbara və marketə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Obyektlərlə yanaşı fərdi yaşayış evlərində də sayğaclara qanunsuz müdaxilə halları aşkar edilib. 

Lənkəranda evə məxsus sayğacın dövrədən kənarlaşdırıldığı, Şəmkirdə fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən olunub. Paytaxtda Xəzər rayonunda 2, Binəqədidə 1 evdə belə hala rast gəlinib. Nizami rayonunda keçirilən monitorinq zamanı məlum olub ki, sayğaca müdaxilə olunaraq içərisində hesablama mexanizmi şuntlanıb, elektrik sayğacı dövrədən kənarlaşdırılıb.

Uçotdan kənar qoşulmalar elektrik xətlərinin həddən artıq yüklənməsinə, nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyətinin azalmasına və gərginliyin aşağı düşməsinə səbəb olur.

Qanunsuz müdaxilə halları aşkar edildikdə abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni il axşamı zəlzələ olacaq
Rusiyaya gedənlərə vacib XƏBƏR! Qanun dəyişdi +VİDEO
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu