Qaynar xətt:

(+99450) 247 90 86

İsmayıllıda evdə yanğın- Xəsarət alan var

İsmayıllıda evdə yanğın- Xəsarət alan var

CƏMİYYƏT

246

24.12.2024, 10:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllıda yaşayış evi yanıb, bir nəfər yanıq xəsarəti alıb.

Oxu24.com un məlumatına görə, hadisə ötən gecə rayonun Mücühəftəran kəndində qeydə alınıb. 

Yanğın kənd sakini 1967-ci il təvəllüdlü İbrahimov İlahət Nurəhməd oğluna məxsus yaşayış evində baş verib.

Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin  yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 160 k/m olan yaşayış evi içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı 1994-cü il təvəllüdlü İbrahimov Camal İlahət oğlu yüngül dərəcəli yanıq xəsarəti alıb.