Prezident Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTOLAR
22 Yanvar 2026, 01:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
688
23.12.2024, 20:32
Veysəloğlu Şirkətlər Qrupu 30 illik yubileyi ilə bağlı silsilə festival tədbirlərinin sonuncusunu, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını paytaxtın tanınmış idman-konsert kompleksi olan “Baku Crystal Hall”da qeyd etdi. Tədbir şirkət əməkdaşları, onların ailə üzvləri, dəvət edilmiş qonaqlar və media nümayəndələri ilə birgə baş tutub. Dekabrın 22-si saat 12:00-da başlayan və gecə saatlarına qədər davam edən təntənəli yubiley mərasimi öz möhtəşəmliyi ilə yadda qalıb.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun 30 il ərzində keçdiyi inkişaf yolu və bu istiqamətdə dövlətin yaratdığı münbit şəraitdən bəhs edilib. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin iqtisadiyyat və biznes subyektlərinin ictimai məsuliyyəti ilə bağlı səsləndirdikləri dəyərli fikirlərə xüsusi diqqət çəkilib. Qeyd olunub ki, Veysəloğlunun böyük bir biznes subyektinə çevrilməsində dövlət-özəl sektor tərəfdaşlığının xüsusi rolu var.
Aparıcılar, Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun “V-FEST 2024” adlı tədbirdə iştirak etdiyini bildirərək sözü çıxış üçün ona veriblər. Şirkət rəhbəri qonaqları salamladıqdan sonra rəhbəri olduğu kollektivə səmimi təbriklərini çatdırıb və 30 illik uğur tarixçəsindən danışıb. Çıxışında xüsusi vurğulayıb ki, şirkətin inkişafını təmin edən əsas amillər dövlətin yaratdığı lazımi şərait və dövrün tələbləri ilə ayaqlaşmağı bacaran kollektiv üzvləridir. Buna görə də, Aydın Talıbov ölkə rəhbərliyinə və şirkətin inkişafına töhfə verən hər kəsə minnətdarlığını bildirib.
Aydın Talıbov çıxışında “Veysəloğlu”nun Azərbaycan üçün əhəmiyyətini də qeyd edib. Bildirib ki, ölkə rəhbərliyinin sahibkarlığa göstərdiyi diqqət və qayğı bu Şirkətlər Qrupunu da əhatə edib. Onun sözlərinə görə, bu özəl qurumun uğurlu fəaliyyəti və ölkənin sosial-iqtisadi həyatına verdiyi töhfələr dövlətin sahibkarlığa verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Həmçinin oxuyun
Qeyd edək ki, tədbirdə ailə üzvləri ilə iştirak edən qonaqlar müxtəlif çeşidli yeməklərdən dadaraq, respublikanın tanınmış estrada ulduzlarının və rəqs ansambllarının təşkil etdiyi yaddaqalan konsert proqramını izləyiblər.
Tədbirin sonunda Veysəloğlunun əməkdaşı olan iştirakçılar (rəhbər heyətdə çalışanlar istisna olmaqla) minik avtomobili və digər qiymətli hədiyyələr üzrə keçirilən lotereyada bəxtlərini sınayıblar. Bununla da, Veysəloğlu qaliblərə həmişəlik yadda qalacaq uduş sevinci bəxş edib. Daha sonra Aydın Talıbov xüsusi tortu kəsərək tədbirdə iştirak edən hər kəsə minnətdarlığını ifadə edib.

01:57 / 22 Yanvar 2026
7
01:20 / 22 Yanvar 2026
31
00:44 / 22 Yanvar 2026
55
23:59 / 21 Yanvar 2026
67
23:52 / 21 Yanvar 2026
59
23:48 / 21 Yanvar 2026
77
23:39 / 21 Yanvar 2026
64
23:19 / 21 Yanvar 2026
79
23:01 / 21 Yanvar 2026
73
22:48 / 21 Yanvar 2026
82
22:29 / 21 Yanvar 2026
71
22:15 / 21 Yanvar 2026
68
21:59 / 21 Yanvar 2026
103
21:45 / 21 Yanvar 2026
89
21:33 / 21 Yanvar 2026
90
21:06 / 21 Yanvar 2026
69
21:03 / 21 Yanvar 2026
81
20:59 / 21 Yanvar 2026
80
20:54 / 21 Yanvar 2026
94
20:54 / 21 Yanvar 2026
89
20:52 / 21 Yanvar 2026
70
20:49 / 21 Yanvar 2026
310
20:43 / 21 Yanvar 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.