Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ahıl kişini dilənməyə məcbur edirlər? -VİDEO

Bakıda ahıl kişini dilənməyə məcbur edirlər? -VİDEO

CƏMİYYƏT

270

14.09.2024, 21:42

Bakıda Binəqədi rayonu ərazisində ahıl bir şəxsin dilənçiliyə məcbur edildiyi iddia olunub.

OXU24.COM xəbər verir ki, onun hər gün səhər saatlarından Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən ("Karl Marks" dairəsi) əraziyə gətirildiyi bildirilir.

Axşam saatlarında isə onun yığdığı pulu başqa bir şəxsin götürdüyü qeyd olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, tüfeyli həyat tərzi sürən şəxsin müvafiq qaydada sığınacağa yerləşdirilməsi üzrə tədbirlər görülür.