Azərbaycan incəsənətinə ağır itki üz verib
08 Sentyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
400
14.09.2024, 00:21
Sumqayıtda məktəbdə bit-birələrinin olması ilə bağlı rəsmi açıqlama verilib.
OXU24.COM xəbər verir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, sağlamlığı və təhlükəsizliyi də vacib şərtlərdəndir.
"Ümumi təhsil müəssisəsinin sanitariya vəziyyətinə və onun saxlanılmasına dair tələblərdən irəli gələn məsələlər tədris ili müddətində davamlı olaraq aparılır, bu və bu kimi digər istiqamətlər üzrə də dezinfeksiya işləri davamlı xarakter daşıyır və illik plan əsasında həyata keçirilir.
Hazırda 2024-2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya tədbirləri aparılıb.
Son iki ay ərzində Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə ümumilikdə 200-ə yaxın ümumi və məktəbəqədər təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb", - deyə qurumdan bildirilib.
Qeyd edilib ki, hansısa təhsil müəssisəsində yoluxucu xəstəlik və ya digər xüsusi hallar aşkar edilərsə, aidiyyəti qurumlara məlumat verilir və sanitariya nəzarəti qurumlarının tələblərinə uyğun müvafiq tədbirlər görülür.
***
Sumqayıt məktəbində mühüm problem üzə çıxıb.
OXU24.COM xəbər verir ki, "Sumqayıt24"ə daxil olan məlumata görə, tədris ilinin başlamasına sayılı günlər qalsa da, valideynlər övladlarının 14 nömrəli məktəbə getmələrini istəmirlər. Onlar təhsil ocağının sinif otaqlarında bit-birələrinin olduğunu iddia edirlər.
Valideynlərin sözlərinə görə, problemlə bağlı məktəb rəhbərliyinə müraciət olunsa da, hələlik heç bir tədbir görülməyib.
"Heç bir valideyn uşağının antisanitariya şəraitində oxumasını istəmir. Bundan əlavə, bit-birə xəstəlik daşıyıcısı sayılır", - deyə şikayət edən valideynlərdən biri bildirib.
00:20 / 08 Sentyabr 2026
31
00:18 / 08 Sentyabr 2026
303
00:08 / 08 Sentyabr 2026
72
23:59 / 07 Sentyabr 2026
46
23:36 / 07 Sentyabr 2026
129
23:26 / 07 Sentyabr 2026
54
23:22 / 07 Sentyabr 2026
1039
23:16 / 07 Sentyabr 2026
63
23:14 / 07 Sentyabr 2026
187
23:09 / 07 Sentyabr 2026
46
22:44 / 07 Sentyabr 2026
72
22:09 / 07 Sentyabr 2026
82
21:59 / 07 Sentyabr 2026
76
21:45 / 07 Sentyabr 2026
63
21:30 / 07 Sentyabr 2026
56
21:23 / 07 Sentyabr 2026
72
21:03 / 07 Sentyabr 2026
60
20:58 / 07 Sentyabr 2026
67
20:54 / 07 Sentyabr 2026
63
19:54 / 07 Sentyabr 2026
80
19:50 / 07 Sentyabr 2026
810
19:48 / 07 Sentyabr 2026
151
19:45 / 07 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.