Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda COP29 zolağı çəkildi

CƏMİYYƏT

264

13.09.2024, 21:03

Azərbaycanda keçiriləcək COP29-la bağlı paytaxt küçələrində xüsusi zolaq çəkilib.

OXU24.COM xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Fətəli Xan Xoyski küçəsində COP29 üçün ayrıca zolaq təşkil edilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası noyabr ayında baş tutacaq.