Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasında dəyişiklik edilib
24 Aprel 2026, 16:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
264
30.08.2024, 11:43
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 30-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib.
Oxu24.com xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2024-cü il avqustun 30-dan sentyabrın 3-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
Həmçinin oxuyun
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
16:44 / 24 Aprel 2026
1
16:43 / 24 Aprel 2026
8
16:40 / 24 Aprel 2026
11
16:05 / 24 Aprel 2026
41
15:54 / 24 Aprel 2026
78
15:52 / 24 Aprel 2026
36
15:39 / 24 Aprel 2026
49
15:38 / 24 Aprel 2026
851
15:32 / 24 Aprel 2026
419
15:27 / 24 Aprel 2026
167
15:24 / 24 Aprel 2026
37
15:21 / 24 Aprel 2026
45
15:00 / 24 Aprel 2026
61
14:58 / 24 Aprel 2026
46
14:42 / 24 Aprel 2026
297
14:37 / 24 Aprel 2026
50
14:30 / 24 Aprel 2026
77
14:20 / 24 Aprel 2026
52
14:08 / 24 Aprel 2026
372
14:04 / 24 Aprel 2026
60
13:52 / 24 Aprel 2026
526
13:38 / 24 Aprel 2026
56
13:35 / 24 Aprel 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.