AZTV-də yeni kadr dəyişikliyi baş tutub. BakuPost-un məlumatına görə, tanınmış jurnalist Mehriban Məmmədova AZTV-nin İnformasiya Proqramları studiyasının baş direktoru təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.
M.Məmmədova BakuPost.az-a açıqlamasında xəbəri təsdiqləyib.
Qeyd edək ki, M.Məmmədova buna qədər eyni studiyada direktor postunu tuturdu.
Studiyanın baş direktoru F.Hüsiyev isə bir müddət əvvəl AzTV sədri Rövşən Məmmədov tərəfindən işdən çıxarılıb və Teleradio Akademiyasına rektor təyin edilib.
Xatırladaq ki, AzTV-nin keçmiş sədri Arif Alışanov 2018-ci ilin yanvarında Mehriban Məmmədovanı işdən çıxarmışdı və bu, qalmaqala səbəb olmuşdu. Buna səbəb isə onadan bir müddət əvvəl Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Mehriban Məmmədovaya da ev verilməsi, hətta prezidentin iştirak etdiyi yeni mənzillərin təqdim edilməsi mərasimində çıxış edən 2 jurnalistdən biri olması idi. Belə bir jurnalistin işdən çıxarılması birmənalı qarşılanmamışdı və görünür elə buna görə də AzTV rəhbəri onu yenidən işinin başına qaytarmışdı.
Oxu24.com
ŞƏRHLƏR