Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11663
az

“Dedi ki, ona “iPhone” almasaq böyrəyini satmaz” - Əməliyyatın pərdəarxası...

12:4005 Aprel, 2019
730
CƏMİYYƏT
  • A
 
Bakıda 27 nəfərin böyrəyini satmaqda təqsirləndirilən taksi sürücüsü, 62 yaşlı Vahib Xudadatovun məhkəməsi keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmədə dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib.

İttihama görə, V.Xudadatov böyrək çatışmazlığından əziyyət çəkənlər və onların qohumları ilə böyrəyini satmaq istəyən şəxslər arasında vasitəçilik edib, qarşılığında isə hər iki tərəfdən pul alıb. Əməliyyatı isə iranlı həkim Monsen Tahiri Gürcüstanda Fərman Ceyranlının “Lanseti” klinikasında edib. Hər əməliyyat üçün F.Ceyranlıya 8 min, həkimə isə 10 min dollar ödənib. Taksi sürücüsü Vahib Xudadatov isə 200-2000 manat arası qazanc əldə edib. F.Ceyranlı həbs ediləndən sonra isə əməliyyatlar Tacikistanda həyata keçirilib.

V.Xudadatov məhkəmə ifadəsində özünü günahkar bilmədiyini deyib və əlavə edib ki, öz qızı böyrək çatışmazlığından əziyyət çəkib: “Buna görə efirə çıxıb kömək istədik, 24 min manat ianə yığıldı. Sonra Beyləqandan Elman Ağayev zəng edib donor olmaq istədiyini dedi və məndən buna görə 10 min manat istədi, razılaşdıq. Yoxlanış üçün İrana getdik, həkim Mohsen Tahiri müayinələrdən sonra böyrəyin uyğun gəldiyini dedi. Amma İranda xarici ölkə vətəndaşlarını əməliyyat etməyə icazə verilmir. Biz də maraqlanıb Gürcüstandakı “Lanseti”ni tapdıq. Fərman müəllimə 8 min dollar verdim, həkim orada qızıma Elmanın böyrəyini köçürtdü. Daha sonra həkim İrandan mənə zəng edib Yaşar adlı şəxsi ora gətirməyimi xahiş etdi. Mən yalnız taksi sürücüsü kimi adamları İrana və başqa yerlərə aparıb pulumu almışam. Böyrəyini satan da, alan da öz aralarında razılaşıblar. Heç kim heç kimi məcbur etməyib. Böyrəyini satanlar sonradan razılaşmanı pozub əlavə tələblər irəli sürürdülər. Bəhram Məmmədov əməliyyata girməmişdən əvvəl 13 min manat qardaşına verilmişdi. Özü əməliyyatdan əvvəl deyib ki, “mənə “iPhone” almasanız, girməyəcəm”. Sonra təzə pal-paltar istəyib. Sarvan iki il gedib-gəlib məndən pul tələb edirdi. 10 minə danışılmışdı, 20 minə qədər pul aldı”.

Böyrəyini satan Rüstəm Yumaqujin məhkəmədə ifadəsində böyrəyini satıb pulu da tam aldığını, heç bir şikayətinin olmadığını deyib: “Birja” qəzetində uşağa qan lazım olduğunu oxuyub zəng etdim. Maddi çətinliyim var idi, həm kirayə pulu verirdim, həm də aliment. Elandakı nömrəyə zəng edib Sahiblə görüşdüm. Vahid özünü Sahib kimi təqdim etmişdi. Hasilə adlı qızın atası ilə 9 min manata razılaşdıq, ona böyrəyimi verdim”.

V.Xudadatov isə deyib ki, Rüstəm özü “Facebook”da böyrəyini satması barədə elan verib: “Onu oradan tapdım”.

Digər zərərçəkən Ramin Həmidov isə maddi durumun ağır olmasına görə böyrəyini satdığını deyib: “İki övladım var, böyrəyimi imkansızlıqdan, öz istəyimlə satmışam. Bakıda Tibb Universitetinin klinikasında qan analizi vermişəm. Sonra gedib əməliyyat olunmuşam. Məni şantaj edən olmayıb, 11 min manat da pul verilib”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ