Bu ərazilərdə işıq olmayacaq
10 Sentyabr 2026, 00:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
256
07.08.2024, 16:00
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmələr əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin Umbakı Penitensiar Kompleksinə və Müalicə Müəssisəsinə həyata keçirilib.
Ombudsman Aparatından verilən məlumata görə, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı müraciətləri və təsadüfi seçim əsasında bu müəssisələrdə saxlanılan bir sıra şəxslər, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar qəbul edilib. Onların müraciətləri dinlənilib, onlara Ombudsmanın səlahiyyətləri izah olunub, bəzilərinin ərizələri qəbul edilib.
MPQ üzvləri tərəfindən Penitensiar Xidmətin Müalicə Müəssisəsində konfidensial qaydada qəbul edilən Fazil Qasımov barəsində olan cinayət işi ilə bağlı qida qəbulundan imtina etdiyini bildirib, qaldırdığı məsələlər üzrə müraciətləri yerində qəbul olunub. F.Qasımovun sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması ilə də bağlı müalicə müəssisəsinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Qeyd edilib ki, F.Qasımov əvvəl də saxlanıldığı müəssisədə MPQ üzvləri tərəfindən qəbul edilib, hüquqlarının müdafiəsi ilə bağlı hüquq mühafizə orqanlarına və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müvafiq müraciətlər ünvanlanıb.
Başçəkmələrin yekununda həmin müəssisələrin rəhbərliyi və məsul əməkdaşları ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
00:34 / 10 Sentyabr 2026
32
23:34 / 09 Sentyabr 2026
46
23:22 / 09 Sentyabr 2026
63
23:04 / 09 Sentyabr 2026
62
22:55 / 09 Sentyabr 2026
58
22:44 / 09 Sentyabr 2026
58
22:32 / 09 Sentyabr 2026
52
22:14 / 09 Sentyabr 2026
55
22:04 / 09 Sentyabr 2026
75
22:00 / 09 Sentyabr 2026
52
21:55 / 09 Sentyabr 2026
63
21:55 / 09 Sentyabr 2026
62
21:54 / 09 Sentyabr 2026
147
21:50 / 09 Sentyabr 2026
65
21:48 / 09 Sentyabr 2026
59
21:40 / 09 Sentyabr 2026
68
21:34 / 09 Sentyabr 2026
63
21:30 / 09 Sentyabr 2026
64
21:26 / 09 Sentyabr 2026
81
21:20 / 09 Sentyabr 2026
60
21:15 / 09 Sentyabr 2026
90
21:05 / 09 Sentyabr 2026
67
20:57 / 09 Sentyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.