Qaynar xətt:

(+99450) 247 90 86

Ticarət mərkəzindəki yanğında bir nəfər zəhərlənib - Rəsmi

Ticarət mərkəzindəki yanğında bir nəfər zəhərlənib - Rəsmi

CƏMİYYƏT

247

01.08.2024, 16:22

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Oxu24.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində bir nəfər, 51 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Həmçinin oxuyun: //oxu24.com/az/son-deqiqe/115366/son-deqiqe-quotlotosquot-ticaret-merkezi-yanir/