Bu ərazilərdə işıq olmayacaq
10 Sentyabr 2026, 00:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
337
01.08.2024, 16:13
4 avqust 2024-cü il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.
Oxu24.com Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Namizədlər “İmtahana buraxılış vərəqəsi” //eservices.dim.gov.az/brxv keçidinə daxil olaraq çap edə bilərlər.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Onlardan 335 nəfəri oğlan, 559 nəfəri qızdır. 712 namizəd Azərbaycan bölməsinin, 182 namizəd rus bölməsinin, 318 namizəd cari ilin, 576 namizəd isə əvvəlki illərin məzunudur. 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 864, Naxçıvan şəhərində isə 30 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd edilib ki, bu mərhələdə iştirak edəcək 894 nəfərdən 655 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 239 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.
00:34 / 10 Sentyabr 2026
32
23:34 / 09 Sentyabr 2026
46
23:22 / 09 Sentyabr 2026
63
23:04 / 09 Sentyabr 2026
62
22:55 / 09 Sentyabr 2026
58
22:44 / 09 Sentyabr 2026
58
22:32 / 09 Sentyabr 2026
52
22:14 / 09 Sentyabr 2026
55
22:04 / 09 Sentyabr 2026
75
22:00 / 09 Sentyabr 2026
52
21:55 / 09 Sentyabr 2026
63
21:55 / 09 Sentyabr 2026
62
21:54 / 09 Sentyabr 2026
147
21:50 / 09 Sentyabr 2026
65
21:48 / 09 Sentyabr 2026
59
21:40 / 09 Sentyabr 2026
68
21:34 / 09 Sentyabr 2026
63
21:30 / 09 Sentyabr 2026
64
21:26 / 09 Sentyabr 2026
81
21:20 / 09 Sentyabr 2026
60
21:15 / 09 Sentyabr 2026
90
21:05 / 09 Sentyabr 2026
67
20:57 / 09 Sentyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.