Qaynar xətt:

(+99450) 247 90 86

Xəzərdə yanan gəminin söndürülməsi əməliyyatı aparılır - VİDEO

Xəzərdə yanan gəminin söndürülməsi əməliyyatı aparılır - VİDEO

CƏMİYYƏT

274

01.08.2024, 15:14

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

FHN-dən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar.

Bundan əlavə, yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir.

Əlavə məlumat veriləcək.