Bu ərazilərdə işıq olmayacaq
10 Sentyabr 2026, 00:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
01.08.2024, 12:27
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində səlahiyyətləri çərçivəsində fəaliyyətini davam etdirir.
FHN-dən verilən xəbərə görə, Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Cəlilov küçəsi, 26 ünvanında yerləşən “İslam” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar edilməsi barədə vətəndaş tərəfindən müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib.
Baxış zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, liftin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “İslam” MTK qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MTK-nın rəhbərliyinə izah olunub.
00:34 / 10 Sentyabr 2026
32
23:34 / 09 Sentyabr 2026
46
23:22 / 09 Sentyabr 2026
63
23:04 / 09 Sentyabr 2026
62
22:55 / 09 Sentyabr 2026
58
22:44 / 09 Sentyabr 2026
58
22:32 / 09 Sentyabr 2026
52
22:14 / 09 Sentyabr 2026
55
22:04 / 09 Sentyabr 2026
75
22:00 / 09 Sentyabr 2026
52
21:55 / 09 Sentyabr 2026
63
21:55 / 09 Sentyabr 2026
62
21:54 / 09 Sentyabr 2026
147
21:50 / 09 Sentyabr 2026
65
21:48 / 09 Sentyabr 2026
59
21:40 / 09 Sentyabr 2026
68
21:34 / 09 Sentyabr 2026
63
21:30 / 09 Sentyabr 2026
64
21:26 / 09 Sentyabr 2026
81
21:20 / 09 Sentyabr 2026
60
21:15 / 09 Sentyabr 2026
90
21:05 / 09 Sentyabr 2026
67
20:57 / 09 Sentyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.