Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

CƏMİYYƏT

569

01.08.2024, 10:22

Ağdaş rayonunda  avtomobil idarəetmədən çıxaraq qəza törədib,

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib.

 

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.