Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115106
az

Kənan Ağazadənin"TÜRK DÜNYASI JEOPOLİTİĞİ" kitabı çap olunub

13:0429 İyul, 2024
168
CƏMİYYƏT
  • A

Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) eksperti Kənan Ağazadənin müəllifi olduğu məqalə "TÜRK DÜNYASI JEOPOLİTİĞİ" adlı kitabda dərc olunub.

Müəllif qeyd edir ki, Azərbaycan, Türkmənistan və Türkiyə arasında, strateji əməkdaşlıq məhz sıx qarşılıqlı əlaqə yaradılmasına yönəlib. Türkmənistan və Azərbaycan Qlobal Arenada tam əsasla suveren siyasət barədə danışa bilən ölkələrdir. Türkmənistan və Azərbaycan özlərini tamamilə təmin edən ölkələrdir. Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycanın və Türkmənistanın üzərinə götürdüyü məsuliyyət və oynayacağı rol həyati əhəmiyyət daşıyır. Qarabağda qazanılan qələbədən sonra yeni mərhələ başladı. Cənubi Qafqazda formalaşacaq yeni düzən başlayan mərhələnin də taleyini müəyyənləşdirəcək.

Azərbaycan və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq və bu Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq. Türkmənistan mal və əmtəələrinin Azərbaycan ərazisindən qardaş Türkiyəyə, oradan da Avropa bazarına çıxaracaq kommunikasiyaların açılması Avropaya hava və su kimi zəruri olduğu vurğulanır.

Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib.

O cümlədən Azərbaycan Çindən başlayan, Mərkəzi Asiyadan və Xəzərdən Cənubi Qafqaza, oradan Türkiyə və Avropaya uzanan “Bir kəmər bir yol” layihəsinin gerçəkləşdirilməsi, eyni zamanda qədim İpək Yolunun yenidən canlandırılması istiqamətində yalnız enerji sahəsində deyil, həm də dəhliz siyasəti və marşrutların təhlükəsizliyi məsələsində kritik ölkə mövqeyindədir.

Bundan əlavə, Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil və öz milli dəyərlərinə tam sadiqdirlər.

Sonda bir daha müəllif vurğulamaq istəyir ki, Türk dünyasının nicatı məhz birlik və həmrəylikdən keçir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dostları Həbibi son dəfə hava limanından yola salarkən- VİDEO
Qəzaya düşən 15 nəfər Azərbaycan vətəndaşı sağ qalıb- RƏSMİ
Hökumənin meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı