Ölkədən giriş-çıxışa qoyulan stop hansı hallarda götürülə bilər?
26 May 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
424
25.07.2024, 13:26
Bu gündən 2024–2025-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr 25 iyul saat 11:00-dan 31 iyul 18:00-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Sonra isə müvafiq bölmədə köçürülmək üçün müraciət formasını doldurub təsdiq edə bilərlər.
Sənəd qəbulu Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na uyğun olaraq təhsil müəssisələri tərəfindən aparılacaq.
Normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və oxuduğu müddət ərzində həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.
Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsinin müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr və təhsil aldığı müəssisənin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.
Xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Tələbələr bu şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət ünvanlamalıdırlar.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

19:47 / 26 May 2026
15
19:43 / 26 May 2026
3
19:37 / 26 May 2026
30
19:29 / 26 May 2026
41
19:25 / 26 May 2026
55
19:10 / 26 May 2026
124
19:06 / 26 May 2026
90
18:59 / 26 May 2026
78
18:58 / 26 May 2026
63
18:53 / 26 May 2026
41
18:50 / 26 May 2026
55
18:46 / 26 May 2026
72
18:45 / 26 May 2026
53
18:41 / 26 May 2026
49
18:35 / 26 May 2026
54
18:25 / 26 May 2026
158
18:17 / 26 May 2026
55
18:16 / 26 May 2026
93
18:16 / 26 May 2026
246
17:58 / 26 May 2026
74
17:52 / 26 May 2026
709
17:43 / 26 May 2026
122
17:41 / 26 May 2026
976
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.