12 noyabrda hava BELƏ OLACAQ
11 Noyabr 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
482
26.05.2026, 18:53
Ötən il iyulun 9-da Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) qüvvəyə minib.
Oxu24.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Saziş Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyoudi imzalayıb.
Sənədin imzalanmasında əsas məqsəd tərəflər arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. BƏƏ ilə strateji əlaqələrin bir hissəsi kimi iqtisadi şaxələnmə və rifahı artırmağı hədəfləyən Sazişin qüvvəyə minməsi ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd müasir çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadi inkişaf üçün əhəmiyyətli baza yaradır.
CEPA 18 fəsil və onların əlavələrindən ibarətdir. Sazişə görə, mal və xidmətlərin ticarəti üzrə bazara çıxış genişləndirilir. Sənəddə tərəflər arasında ticarətdə mal nomenklaturunun 90%-dən yuxarı hissəsi üzrə tariflərin aradan qaldırılması nəzərdə tutulur. Bununla yanaşı, gömrük prosedurları sadələşdirilir, sanitariya və fitosanitar tədbirlər üzrə tələblər asanlaşdırılır, aydın mənşə qaydaları tətbiq edilir.
Sənəd həmçinin kiçik və orta biznesin dəstəklənməsini, müxtəlif iqtisadi sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsini hədəfləyir. Bu isə iki ölkə arasında strateji münasibətlər çərçivəsində şaxələndirməni, birgə iqtisadi artımı və rifahı təşviq edir.
Saziş ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması, rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın genişləndirilməsi, biznes subyektləri üçün daha əlverişli və şəffaf mühitin formalaşdırılması üçün yeni imkanlar açır.
12:44 / 11 Noyabr 2026
1
12:35 / 11 Noyabr 2026
45
12:32 / 11 Noyabr 2026
37
12:29 / 11 Noyabr 2026
47
12:24 / 11 Noyabr 2026
142
12:19 / 11 Noyabr 2026
122
12:15 / 11 Noyabr 2026
75
12:09 / 11 Noyabr 2026
68
11:57 / 11 Noyabr 2026
437
11:50 / 11 Noyabr 2026
103
11:49 / 11 Noyabr 2026
127
11:43 / 11 Noyabr 2026
468
11:34 / 11 Noyabr 2026
85
11:32 / 11 Noyabr 2026
137
11:28 / 11 Noyabr 2026
143
11:16 / 11 Noyabr 2026
321
11:13 / 11 Noyabr 2026
85
11:11 / 11 Noyabr 2026
126
11:06 / 11 Noyabr 2026
102
10:56 / 11 Noyabr 2026
431
10:51 / 11 Noyabr 2026
110
10:45 / 11 Noyabr 2026
118
10:33 / 11 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.