Azərbaycan BOKT-nun təsisçisi dəyişib
26 May 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
546
26.05.2026, 15:17
Milli Məclis vətəndaşların dövlət qurumlarına müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar əlavə edilməsini təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bu barədə "Vətəndaşların müraciətləri haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Qeyd edilib ki, dəyişikliyə əsasən, müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimləri sırasına elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə cavablandırma əlavə edilir.
Həmçinin, müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılmasını istənildiyi halda müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb ediləcək. Müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan istəniləcək.
Sənədə əsasən, vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.
Dəyişikliyə görə, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.
Ümumilikdə, "Elektron hökumət" sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.
Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər də bu məqsədə xidmət edir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
***
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında bir sıra qanunların qəbul edilməsi gözlənilən "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olunub.
Söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında" , "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlardan gedir.
Belə ki,
- maliyyə icarəsi fəaliyyəti çərçivəsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı münasibətlərin "Maliyyə icarəsi haqqında" qanunla tənzimlənməsi barədə Mülki Məcəllədə müvafiq dəyişikliyin edilməsi, həmçinin "Lizinq" münasibətlərini tənzimləyən 39-cu fəslin ləğvi, terminlərin yeni qanuna uyğunlaşdırılması;
- borclu icarəçi və ya icarəyə verənin öhdəlikləri üzrə tələblərin maliyyə icarəsi obyektinə yönəldilməsinin xüsusiyyətlərinin "Müflisləşmə və iflas haqqında" qanunla ayrıca maddədə tənzimlənməsi;
- müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, maliyyə icarəsi müqaviləsinə icarəyə verənin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququnun tətbiq edilməsinə dair "Beynəlxalq xüsusi hüquq haqqında" qanuna dəyişikliyin edilməsi;
- maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi tələbinin müəyyənləşdirilməsi barədə "Kredit büroları haqqında" qanuna dəyişikliyin edilməsi;
- "Maliyyə icarəsi haqqında" qanundan irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların sorğu əsasında Azərbaycan Mərkəzi Bankına verilməsi istiqamətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişikliyin edilməsi;
- hüquqi şəxslərin Mərkəzi Bank tərəfindən maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi ilə bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin edilməsi;
- maliyyə bazarlarında lisenziya və icazə sistemini müəyyən edən maliyyə bazarları sahəsində qəbul edilən qanunların dairəsinə "Maliyyə icarəsi haqqında" qanunun əlavə edilməsi barədə "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişikliyin edilməsi;
- Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, "Taxıl haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda "Maliyyə icarəsi haqqında" qanun layihəsinə uyğunlaşma xarakterli texniki dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi 550 manat dövlət rüsumu alınması nəzərdə tutulur.
***
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Bununla bağlı məcəlləyə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, təklif olunan yeni maddəyə görə, narkoloji xəstələrin işləməsinə icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsinin bağlanması və ya mövcud müqavilənin uzadılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcək.
Bundan başqa, narkoloji xəstələr üçün məhdudiyyət nəzərdə tutulan sahələrdə tibbi yoxlama arayışı olmadan işə qəbula görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.
Bundan əlavə, ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə də yeni cərimələr müəyyənləşir.
Məcəlləyə təklif olunan yeni maddəyə görə, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd məhsullarının təsərrüfatı istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər 100 məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.
Bundan başqa, inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.
Həmçinin inzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunacaq.
Sənəddə həmçinin vurğulanıb ki, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3 000 manat miqdarında, hüquqi şəxslər 5 000 manat miqdarında cərimə ediləcək.
Məcəlləyə edilən daha bir dəyişikliklə maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" Qanuna uyğun olaraq, Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
16:20 / 26 May 2026
6
16:05 / 26 May 2026
36
15:55 / 26 May 2026
52
15:51 / 26 May 2026
60
15:36 / 26 May 2026
69
15:31 / 26 May 2026
86
15:15 / 26 May 2026
60
15:09 / 26 May 2026
151
15:06 / 26 May 2026
62
14:59 / 26 May 2026
67
14:52 / 26 May 2026
167
14:45 / 26 May 2026
62
14:39 / 26 May 2026
612
14:26 / 26 May 2026
86
14:17 / 26 May 2026
135
14:12 / 26 May 2026
71
14:09 / 26 May 2026
203
14:06 / 26 May 2026
87
14:02 / 26 May 2026
75
13:58 / 26 May 2026
75
13:55 / 26 May 2026
190
13:50 / 26 May 2026
77
13:41 / 26 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.