Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11427
az

Deputat: Məktəblilərə enerji içkilərinin satışı qadağan edilsin

21:1429 Mart, 2019
863
CƏMİYYƏT
  • A
 Millət vəkili Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satışının qadağan edilməsi təklifi ilə çıxış edib.

Oxu24.com-un məlumatına görə, millət vəkili bildirib ki, valideynlər uşaqlarının enerji içkilərindən istifadə etməmələrinə nəzarət etməyin çox çətin olduğunu deyirlər, çünki məktəblərin əksəriyyətinin çox yaxınlığında bu içkilərin sərbəst satışı həyata keçirilir, buna görə də enerji içkilərinin 18 yaşına çatmamış uşaqlara satışı tam qadağan edilməlidir.

Millət vəkili qeyd edib ki, enerji içkiləri uşaqların sağlamlığına ciddi zərər vurur, asılılıq yaradır.

Enerji içkilərinin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun uşaqlarda bu içkilərə aludəçiliyin artmasına səbəblərdən biri olduğunu deyən millət vəkili enerji içkilərinin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasının və bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması mexanizmlərinin qanunvericilikdə öz əksinin tapmasının vacibliyini qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb