"O iki qadından biri dedi: "Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır". (Şüeyb) dedi: "Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan, ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşəallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən"". ("Qəsəs" 26-27).
Oxu24.com bildirir ki, İslam dininin nəzərinə görə, qadın və ya qadının ailəsi kişiyə elçilik edə bilərmi?
Əhkamın nəzərinə görə, qadının kişiyə elçilik etməsinin heç bir maneəsi yoxdur. Şuəybin (ə) öz qızlarına görə Musaya (ə) elçilik etməsi də təəccüblü mövzulardan deyildir. Ancaq dinimizin nəzərinə görə, bu iş mübah hesab olunsa da, lakin insan gərək yaşadığı yerin ürfünə və adətinə riayət etsin.
Bizim yaşadığımız mühitdə adətən qızın oğlana elçilik etməsi bəyənilən mövzulardan hesab olunmur. Hətta bəzən əks nəticələr belə göstərir.
Ona görə də ürfün buyurduğu kimi, oğlanın qıza elçi gəlməsi daha yaxşı olar.
Başqa bir tərəfdən isə, oğlanlar belə ruhiyyədə tərbiyə alırlar ki, əgər hətta onlara on dəfə mənfi cavabı verilsə belə, adətən dərin stress və ya şok vəziyyətinə düşməzlər. Ancaq əgər bunun əksini düşünsək, görərik ki, bir qızın ailəsinin oğlanın ailəsi tərəfindən mənfi cavab alması onlara nə qədər ruhi zərbə endirə bilər.
İmam Sadiq (ə) Adəmlə (ə) Həvvanın yaradılışı barəsində hədis nəql edən zaman buyurmuşdur: "Allah Təala buyurur: "Onu sənin həyat yoldaşın qərar verirəm".
Adəm Həvvaya deyir: "Yanıma gəl".
Həvva deyir: "Bəlkə sən gələsən?".
Allah Təala Adəmə əmr edir ki, sən onun yanına get.
Əgər Allah Adəmə belə bir əmr verməsəydi, gərək qadınlar kişilərə tərəf gedib, elçilik edərdilər". Oxu24.com
ŞƏRHLƏR