Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11415
az

Şərurlu İsfəndiyardan açıqlama: “Şəhid ailəsinin sənədinin üstünə “Bismillahi Rəhmani Rəhim” yazıblar”

16:1429 Mart, 2019
1103
CƏMİYYƏT
  • A
 
Aprel şəhidi Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Şərurlu İsfəndiyarın onun ailəsinə məxsus olan evi əlindən alması ilə bağlı məlumat vermişdik.

N. Axundova məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Ali Məhkəmənin ötən gün çıxardığı ədalətsiz qərardan ölkə rəhbərliyinə müraciət edib: “Çünki söhbət inşaat maqnatı Şərurlu İsfəndiyar və şəhid ailəsindən gedir. Burada iki qonşunun sadə pay bölüşdürməsi məsələsindən bəhs edilmir. Bu ağırlığı hiss edirsinizmi? O da bilir ki, burada şəhid ailəsindən söhbət gedir. Ancaq birmənalı qeyd edir ki, biznesmendir və bu, onun biznes siyasətidir.

Məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən iş adamı İsfəndiyar Axundov məsələnin ona heç bir aidiyyatının olmadığını, onun adının hallanmasının maraqlı adamların işi olduğunu bildirib.

Sənan Axundov

“11il bundan qabaq “Kamran” MMC bir qrup vətandaşı aldadaraq, onların müqaviləsinin başına “Bismillahi Rəhmani Rəhim” yazaraq , 97 adamın mənzilini 270 adama satıb. Belə söz yazılan sənəd olur? Sonra istintaq gedən zaman mənə tapşırıq verildi ki, binanın inşaatını başa çatdırım və vətandaşları evlə təmin edim. Həmin MMC rəhbəri də həbs olundu. 11 il bundan qabaq həmin tutulan adamın bunlara verdiyi sənəd saxtadır. Üstündən 11 il keçib. Bunlar indi gedib məhkəməyə müraciət edib ki, həmin sənəd qanuni sayılsın.”

“Bundan əlavə də söhbət evdən yox, qeyri yaşayış sahəsindən gedir.Yəni, ev deyil. Bu barədədə məhkəmə qərar qəbul edib. Mən hakim deyiləm, ekspert deyiləm, bu rəyi verən var. Mən nə edə bilərəm. O adam məni görməyib. Mənə hər hansı pul verməyib. Mən nə edə bilərəm. Bu mənə qarşı kompaniyadır. Qərarı da məhkəmə verib, mən yox. O obyekt hazırda başqasınındı. 11 ildir bu adam həmin obyekti işlədir. İndi necə demək olar ki, bu sənin deyil. O şirkətin mənə heç bir aidiyyatı yoxdur. Mənum bu məsələdə də adımın hallanması düzgün deyil. O qadından soruşun ki, İsfədiyar nə boyda adamdır, necə adamdır, heç mənim üçümü də görməyib.” İş adamı daha sora məhkəməyə təziq etməsi haqda da danışıb.

“Bu gülünc söhbətdir Mən kiməm ki, məhkəməyə təziq edəm. O məsələnin mənlə əlaqəsi yoxdur. Saxta sənədi onlara keçmiş MMC verib. Məhkəmə də sənədin saxta olduğunu sübuta yetirib.” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi