Ucarda qadını ilan sancdı
29 May 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
394
11.06.2024, 09:59
Təzə qızılgül ləçəyinin dəmləməsindən müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir.
Qızılgülün əsas müalicəvi komponenti efir yağıdır. Qızılgülün efir yağı çox güclü stimullaşdırıcı, bərpaedici, cavanlaşdırıcı təsirə malikdir.
OXU24.COM qızılgülün faydalarını təqdim edirik:
- ürək-damar sisteminə çox müsbət təsir edir - ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır, ürək ağrıları zamanı faydalıdır
- sinir sisteminə sakitləşdirici təsir edir, nevroz, stress, depressiya zamanı çox faydalıdır
- mədə-bağırsaq sisteminə antiseptik təsir göstərir, mikrobları öldürür
- immun sistemini möhkəmləndirir
- angina zamanı müalicəvi təsir edir
- baş ağrısını və menstruasiya ağrılarını azaldır
- orqanizmi cavanlaşdırır və tonuslaşdırır
- dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı dərinin bərpasını sürətləndirir
- kosmetologiyada çox geniş istifadə olunur - dərini təmizləyir, cavanlaşdırır, təravətləndirir
- damaqların itihabı, stomatit zamanı qızılgül suyu ilə qarqara çox yaxşı müalicəvi təsir edir
- nəfəs yolları mikroblardan və selikdən təmizləyir .
Müalicəvi reseptlər:
1. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər isti su tökün, 30 dəqiqə dəmləyin və bu dəmləməni gün ərzində kiçik qurtumlarla için. Bu dəmləmə ürək, sinir sistemi xəstəlikləri zamanı çox faydalıdır, həzm sisteminə antiseptik təsir göstərir. Angina, stomatit, damaq iltihabları zamanı bu dəmləmə ilə qarqara edin.
2. 1/2 l-lik bankaya qızılgül ləçəkləri yığın. Bankanın yuxarısına qədər ilıq zeytun yağı tökün. Bankanı 14 gün ərzində sərin qaranlıq yerdə saxlayın. 14 gündən sonra yağı süzün. Bu yağ müxtəlif dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir.
3. Baş ağrıları, miqren tutması zamanı kiçik ləyənə qızılgül yarpaqları qoyun, üzərinə isti su tökün. Ləyəni xəstənin yanında qoyun. Ətirli buxar çox yaxşı sakitləşdirir, ağrıları azaldır.
4. Nevroz, stress, depressiya zamanı qızılgül yağı əlavə olunmuş vannalar çox faydalıdır.
5. Kosmetologiyada qızılgül losyonları, maskaları və s. geniş istifadə olunur. Ev şəraitində də belə losyon hazırlamaq olar. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər araq tökün və 10 gün sərin qaranlıq yerdə saxlayın. Sonra losyonu süzün. Belə losyon dərini təmizləyir, dərinin yağlılığını azaldır, rəngini yaxşılaşdırır.
6. Qızılgül çayı çox faydalı müalicəvi və profilaktik vasitədir. İmmun sistemini, ürəyi möhkəmləndirir, sakitləşdirir, iltihabları azaldır.
1 xörək qaşığı təzə və ya 1 çay qaşığı quru qızılgül yarpaqları 1 stəkan isti suda dəmlənilir və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.
00:18 / 29 May 2026
27
00:11 / 29 May 2026
135
00:04 / 29 May 2026
43
23:59 / 28 May 2026
47
23:55 / 28 May 2026
157
23:51 / 28 May 2026
3954
23:33 / 28 May 2026
159
23:26 / 28 May 2026
68
23:21 / 28 May 2026
325
23:19 / 28 May 2026
68
23:01 / 28 May 2026
64
22:49 / 28 May 2026
178
22:43 / 28 May 2026
108
22:39 / 28 May 2026
159
22:35 / 28 May 2026
186
22:32 / 28 May 2026
232
22:28 / 28 May 2026
78
22:26 / 28 May 2026
103
22:20 / 28 May 2026
5358
22:12 / 28 May 2026
69
22:00 / 28 May 2026
82
21:53 / 28 May 2026
99
21:51 / 28 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.