Hər səhər qəhvə içənlər bunu BİLMƏLİDİR!
11 Noyabr 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1758
28.05.2026, 22:43
İnfarktın bir çox hallarda qəfil baş verməsi barədə cəmiyyətdə geniş yayılmış fikir olsa da, bəzi pasiyentlərdə ürək tutmasından 24 saat əvvəl xəbərdaredici əlamətlər müşahidə oluna bilər.
Bu barədə Oxu24.com-a açıqlama verən kardioloq, aritmoloq Günay Rəhimova bildirib ki, həmin siqnallar vaxtında diqqətə alınarsa, həyati risklərin qarşısını almaq mümkündür.
Həkimin sözlərinə görə, infarktdan əvvəl ən çox rast gəlinən əlamətlərdən biri sinə nahiyəsində yaranan basıcı və sıxıcı hissdir. Pasiyentlər bunu adətən “sinəmin üzərinə ağır bir yük qoyulub” kimi ifadə edirlər. Bu ağrı və diskomfort bəzən sol qola, kürəyə və çənə istiqamətinə də yayıla bilər.
Günay Rəhimova qeyd edib ki, digər mühüm əlamətlərdən biri anormal təngnəfəslikdir. Normal fiziki aktivliklə əlaqəli olmayan, hətta istirahət zamanı, oturaq və ya uzanmış vəziyyətdə yaranan nəfəs darlığı ürək-damar sistemi ilə bağlı ciddi siqnal ola bilər.
Kardioloqun sözlərinə görə, bəzi pasiyentlərdə səbəbsiz və ritmdən kənar ürəkdöyünmə hissi də müşahidə olunur. İnsan öz ürək döyüntüsünü qulağında və ya sinəsində aydın şəkildə hiss edir və bu hal heç bir fiziki və ya emosional səbəb olmadan baş verə bilər.
Həkim əlavə edib ki, infarktdan öncə təşviş və daxili narahatlıq hissi də ortaya çıxa bilər. Pasiyentlərdə “nəsə pis bir hadisə olacaq” kimi izah edilən izahsız qorxu və həyəcan halları müşahidə olunur.
Digər diqqətçəkən əlamət isə gecə saatlarında uzanarkən yaranan boğulma hissidir. Bəzi insanlar uzananda nəfəs darlığı səbəbilə oyanır, oturaraq nəfəs almağa məcbur qalır və qısa müddət sonra yenidən uzandıqda eyni hal təkrarlana bilər.
Günay Rəhimova vurğulayıb ki, bu əlamətlər tək-tək də yarana bilər və hər zaman infarkt demək deyil. Lakin bir neçə simptomun birlikdə müşahidə olunması ciddi risk siqnalı kimi qiymətləndirilməlidir.
Kardioloq bildirib ki, ən təhlükəli yanaşma bu əlamətləri “keçib gedər” düşüncəsi ilə görməzlikdən gəlməkdir. Çünki müasir dövrdə ürək-damar xəstəlikləri, o cümlədən infarkt gənc yaşlarda da daha çox rast gəlinir.
Həkim vətəndaşlara tövsiyə edib ki, sinədə basıcı ağrı, ani təngnəfəslik, ritmsiz ürəkdöyünmə, izahsız təşviş və gecə boğulma hissi kimi əlamətlər olduqda vaxt itirmədən həkimə müraciət etsinlər. Onun sözlərinə görə, erkən müdaxilə bir çox hallarda həyatı xilas edə bilər.
Hazırladı: Nigar
11:06 / 11 Noyabr 2026
1
10:56 / 11 Noyabr 2026
60
10:51 / 11 Noyabr 2026
50
10:48 / 11 Noyabr 2026
48
10:45 / 11 Noyabr 2026
55
10:33 / 11 Noyabr 2026
63
10:19 / 11 Noyabr 2026
70
10:13 / 11 Noyabr 2026
68
10:10 / 11 Noyabr 2026
74
10:10 / 11 Noyabr 2026
216
10:09 / 11 Noyabr 2026
130
09:56 / 11 Noyabr 2026
76
09:37 / 11 Noyabr 2026
799
09:35 / 11 Noyabr 2026
112
09:29 / 11 Noyabr 2026
91
09:25 / 11 Noyabr 2026
97
09:24 / 11 Noyabr 2026
86
09:22 / 11 Noyabr 2026
118
09:20 / 11 Noyabr 2026
97
08:58 / 11 Noyabr 2026
148
08:53 / 11 Noyabr 2026
522
01:50 / 11 Noyabr 2026
436
01:00 / 11 Noyabr 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.