Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
30 İyul 2026, 01:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1417
28.05.2026, 20:48
Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Oxu24.com-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
"Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır", - deyə məlumatda qeyd olunub.
01:13 / 30 İyul 2026
1
00:37 / 30 İyul 2026
141
00:26 / 30 İyul 2026
50
00:01 / 30 İyul 2026
52
23:49 / 29 İyul 2026
52
23:22 / 29 İyul 2026
65
22:51 / 29 İyul 2026
126
22:34 / 29 İyul 2026
66
22:11 / 29 İyul 2026
73
21:57 / 29 İyul 2026
95
21:12 / 29 İyul 2026
99
20:22 / 29 İyul 2026
78
20:09 / 29 İyul 2026
90
19:41 / 29 İyul 2026
83
19:33 / 29 İyul 2026
92
19:05 / 29 İyul 2026
83
18:57 / 29 İyul 2026
89
18:19 / 29 İyul 2026
87
18:09 / 29 İyul 2026
106
18:05 / 29 İyul 2026
125
17:59 / 29 İyul 2026
97
17:40 / 29 İyul 2026
96
17:20 / 29 İyul 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.