Hər səhər qəhvə içənlər bunu BİLMƏLİDİR!
11 Noyabr 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
605
28.05.2026, 22:28
Beçterev xəstəliyi (ankilozan spondilit) əsasən 20–40 yaş aralığında daha çox rast gəlinən xroniki iltihabi revmatik xəstəliklərdən biridir.
Bu barədə Oxu24.com-a açıqlama verən revmatoloq professor Nadir Hüseynov bildirib ki, xəstəlik daha çox gənc yaşlarda başlayır və xüsusilə kişilər arasında daha geniş yayılır.
Professorun sözlərinə görə, xəstəlik əsasən onurğa sütununu və çanaq-belin oynaqlarını zədələyir. Zamanla iltihabi proseslər onurğada sərtlik yaradır və bu da hərəkət məhdudiyyətinə səbəb ola bilər. Erkən mərhələdə aşkarlanmadıqda xəstəlik proqressiv xarakter alaraq həyat keyfiyyətinə ciddi təsir göstərir.
Nadir Hüseynov qeyd edib ki, Beçterev xəstəliyinin ən xarakterik əlaməti bel və onurğa nahiyəsində xroniki ağrılardır. Bu ağrılar xüsusilə uzun müddət hərəkətsiz qalarkən, oturaq vəziyyətdə və istirahət zamanı daha da güclənir. Əksinə, fiziki aktivlik və hərəkət zamanı ağrıların azalması bu xəstəliyə xas tipik göstəricilərdən biridir.
Professor əlavə edib ki, xəstəliyin digər əsas əlaməti səhər saatlarında yaranan sərtlik hissidir. Xəstələr adətən oyandıqdan sonra bel və onurğa nahiyəsində hərəkət məhdudluğu hiss edir, lakin gün ərzində hərəkət etdikcə bu şikayətlər nisbətən azalır.
Mütəxəssis bildirib ki, xəstəlik yalnız onurğa ilə məhdudlaşmır, bəzi hallarda digər oynaqlara da təsir edə bilər. Bu zaman diz, çanaq və çiyin oynaqlarında ağrı, şişkinlik və hərəkət məhdudluğu müşahidə oluna bilər.
Revmatoloq professorun sözlərinə görə, erkən diaqnoz Beçterev xəstəliyinin gedişatında həlledici rol oynayır. Vaxtında aşkar edilən hallarda müasir müalicə üsulları ilə xəstəliyin proqressivləşməsinin qarşısını almaq, ağrıları azaltmaq və xəstənin normal həyat keyfiyyətini qorumaq mümkündür.
Nadir Hüseynov vurğulayıb ki, gecikmiş hallarda xəstəlik onurğada qalıcı dəyişikliklərə, sərtləşməyə və ciddi hərəkət məhdudiyyətinə səbəb ola bilər. Buna görə də uzunmüddətli bel ağrısı olan şəxslərə vaxt itirmədən həkim-revmatoloqa müraciət etmələri tövsiyə olunur.
Hazırladı: Jalə
11:06 / 11 Noyabr 2026
1
10:56 / 11 Noyabr 2026
60
10:51 / 11 Noyabr 2026
50
10:48 / 11 Noyabr 2026
48
10:45 / 11 Noyabr 2026
55
10:33 / 11 Noyabr 2026
63
10:19 / 11 Noyabr 2026
70
10:13 / 11 Noyabr 2026
68
10:10 / 11 Noyabr 2026
74
10:10 / 11 Noyabr 2026
216
10:09 / 11 Noyabr 2026
130
09:56 / 11 Noyabr 2026
76
09:37 / 11 Noyabr 2026
799
09:35 / 11 Noyabr 2026
112
09:29 / 11 Noyabr 2026
91
09:25 / 11 Noyabr 2026
97
09:24 / 11 Noyabr 2026
86
09:22 / 11 Noyabr 2026
118
09:20 / 11 Noyabr 2026
97
08:58 / 11 Noyabr 2026
148
08:53 / 11 Noyabr 2026
522
01:50 / 11 Noyabr 2026
436
01:00 / 11 Noyabr 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.