Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11087
az

Kişmişin inanılmaz faydalarını bilmirdiniz - XEYİRLİ NOVRUZ TƏAMLARI

18:3919 Mart, 2019
693
CƏMİYYƏT
  • A
 Üzüm qurusu sağlamlıq üçün olduqca faydalıdır. Ən önəmli xeyri isə qan azlığı riskini aradan qaldırmasıdır.

Kişmişin faydalarından yararlanmaq istəyənlər üçün Medicina.az-ın araşdırmasını təqdim edirik:

Üzümün gilələri qurudulur və quru meyvə olan kişmiş əldə edilir. Kişmişin tərkibindəki şəkər fruktoza və qlükoza şəklində olur. Kişmiş karbohidratlarla zəngindir. Qanda insulinin miqdarının artmasına səbəb olmur.  Kaliumla zəngin olan qidada, həmçinin, fosfor, natrium, kalsium, dəmir, maqnium, B1, B2, B5 və PP vitaminləridir.

Quru meyvənin tərkibində olan niasin və nikotin turşusu maddələr mübadiləsinin yaxşılaşmasına, fermentlərin miqdarının normallaşmasına səbəb olur ki, bu da züllalların mübadiləsini yaxşılaşdırır və əsəb sistemini sakitləşdirir.

Kişmiş yemək mərkəzi sinir sisteminin möhkəmləndirir. Sinir impulslarının normal ötürülməsini təmin edir. Kişmişin tərkibində olan kalium qanda turşu və zülalın miqdarını normallaşdırır, ürək əzələsinin işini normallaşdırır. Kişmişin tərkibində olan B1, B2, B5, B6 vitaminlərinin qarışımı sinir sistemini sakitləşdirir və yuxunun normallaşmasına səbəb olur.

Kişmiş orqanizmdən zərərli maddələrin xaric olunmasını sürətləndirir, şişkinliyi aradan qaldırır. Mütəxəssislər ürək-damar xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkənlərə mütəmadi olaraq, kişmiş yeməyi məsləhət görür. Kişmiş yemək ağciyərlərin, ürəyin, sinir sisteminin möhkəmlənməsinə səbəb olur. Əsəbi gərginliklər zamanı kişmişi suda saxlamaq, sonra həmin suyu içmək və kişmişləri yemək orqanizmin sakitləşməsinə səbəb olur. Kişmiş sənaye üsulu ilə qurudulsa üstünə zərərli maddələri toplaya bilir.

Nəmişlikdə saxlanılan kişmiş orqanizm üçün zərərlidir. Allergiyalı xəstələr kişmiş yeyərkən diqqətli olmalıdırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS
Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib