Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
13 Sentyabr 2026, 08:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
404
17.05.2024, 16:34
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.
Mərkəzdən verilən məlumata görə, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İmtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
İmtahanda 1 nəfər 93,5 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc edilib).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 21 may 2024-cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 18 may saat 10:00-dan 20 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.
08:07 / 13 Sentyabr 2026
40
00:51 / 13 Sentyabr 2026
89
00:35 / 13 Sentyabr 2026
491
00:14 / 13 Sentyabr 2026
1155
00:06 / 13 Sentyabr 2026
461
23:49 / 12 Sentyabr 2026
101
23:38 / 12 Sentyabr 2026
186
23:34 / 12 Sentyabr 2026
139
23:31 / 12 Sentyabr 2026
97
22:35 / 12 Sentyabr 2026
106
22:31 / 12 Sentyabr 2026
89
22:26 / 12 Sentyabr 2026
155
22:25 / 12 Sentyabr 2026
273
22:22 / 12 Sentyabr 2026
116
22:14 / 12 Sentyabr 2026
117
22:13 / 12 Sentyabr 2026
846
22:02 / 12 Sentyabr 2026
936
21:52 / 12 Sentyabr 2026
205
21:34 / 12 Sentyabr 2026
408
21:25 / 12 Sentyabr 2026
4289
21:20 / 12 Sentyabr 2026
100
21:14 / 12 Sentyabr 2026
109
21:05 / 12 Sentyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.