Nazirdən yüksək vəzifəyə təyinat -Foto
14 Sentyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
395
08.05.2024, 16:54
Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub.
Oxu24.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib.
Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və ikincili çirklənməyə səbəb olmasıdır.
Qeyd olunub ki, Agentlik tərəfindən qeyd edilən ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.
Qeyd edək ki, 2024-cü ilin ötən dövründə Agentlik tərəfindən 58 dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul edilib.
09:57 / 14 Sentyabr 2026
1
09:55 / 14 Sentyabr 2026
2
09:45 / 14 Sentyabr 2026
5
09:26 / 14 Sentyabr 2026
106
09:19 / 14 Sentyabr 2026
40
09:15 / 14 Sentyabr 2026
48
09:09 / 14 Sentyabr 2026
43
08:45 / 14 Sentyabr 2026
290
05:55 / 14 Sentyabr 2026
90
03:30 / 14 Sentyabr 2026
64
01:05 / 14 Sentyabr 2026
505
00:25 / 14 Sentyabr 2026
97
00:00 / 14 Sentyabr 2026
115
23:54 / 13 Sentyabr 2026
675
23:53 / 13 Sentyabr 2026
159
23:50 / 13 Sentyabr 2026
563
23:11 / 13 Sentyabr 2026
2558
23:08 / 13 Sentyabr 2026
1716
22:51 / 13 Sentyabr 2026
277
22:45 / 13 Sentyabr 2026
125
22:34 / 13 Sentyabr 2026
130
22:31 / 13 Sentyabr 2026
2589
22:23 / 13 Sentyabr 2026
1055
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.