180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
14 Sentyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
391
07.05.2024, 22:00
Havaların istiləşməsi ilə paytaxtın əksər yerlərində, yol kənarında küçə ticarəti ilə məşğul olanların sayı gündən-günə daha da artır. Üstü açıq şəkildə satılan bu qidalar qıraqdan göz oxşasa da, onları istehlak etmək bir qədər təhlükəli sayılır.
Maraqlıdır, görəsən, yol kənarından, küçə ticarəti obyektlərindən satılan ərzaq məhsulları həqiqətən zərərlidirmi?
OXU24.COM verir ki, məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova lent.az-a açıqlamasında bildirib ki, bu gün bir çox qida məhsullarının küçədə və açıq havada satılması zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunmur.
Onun sözlərinə görə, təbii ki, bu qidalar fiziki çirklənməyə məruz qalır:
Ətraflı
Ad - 00:08
"Həmçinin havaların istiləşməsi ilə küçədə satılan qidalar temperatur dəyişikliyinə məruz qalır. Nəticədə məhsulun tərkibində müəyyən dəyişikliklər baş verir və bu da insan orqanizmi üçün çox zərərlidir. Mənşəyi bəlli olmayan heyvan ətlərindən hazırlanan dönər, qutablar və digər qidalar açıq şəkildə uzun müddət isti hava şəraitində çöldə qalır. Bu qidaların düzgün şəkildə saxlanılmaması insan orqanizmində zəhərlənməyə səbəb olur. Mütləq şəkildə qidaları mənşəyi bəlli olan və sanitar-gigiyena qaydalarına düzgün şəkildə əməl edən yerlərdən almaq lazımdır. Belə qidaları qəbul edən insanlarda əsasən qarında şişklik, köp və ağrı yaranır. Əgər immun sistemi güclüdürsə, yenə də maddələr mübadiləsinin sürəti aşağı düşür, bağırsaqların mikroflorası pozulur. Keyfiyyətsiz, mənşəyi bəlli olmayan qidaları qəbul etdikdə həmçinin qusma, ishal və qəbizlik müşahidə olunur".
Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu qidalara daha çox 20-25 yaşına qədər insanlar üstünlük verir:
"Bu cür qidalar onlara daha çox zərər verir. Eyni zamanda küçədə satılan qidalara el arasında "çin duzu" kimi tanınan sintetik mənşəli mononatrium qlutamat maddə əlavə edilir. Bu maddə insanda asılılıq yaradır və ağızdakı ənənəvi dad reseptorunu pozur. Bu kimi qidalar xüsusilə məktəb, universitet yaxınlığında, yol kənarlarında satılır. Bu da qidaların fiziki çirklənməyə məruz qaldığını sübut edir".
13:45 / 14 Sentyabr 2026
17
13:43 / 14 Sentyabr 2026
19
13:35 / 14 Sentyabr 2026
24
13:25 / 14 Sentyabr 2026
38
13:14 / 14 Sentyabr 2026
48
13:06 / 14 Sentyabr 2026
79
13:00 / 14 Sentyabr 2026
55
12:56 / 14 Sentyabr 2026
53
12:40 / 14 Sentyabr 2026
57
12:39 / 14 Sentyabr 2026
63
12:35 / 14 Sentyabr 2026
617
12:19 / 14 Sentyabr 2026
61
12:15 / 14 Sentyabr 2026
49
12:13 / 14 Sentyabr 2026
52
12:05 / 14 Sentyabr 2026
60
12:04 / 14 Sentyabr 2026
175
11:50 / 14 Sentyabr 2026
56
11:50 / 14 Sentyabr 2026
55
11:45 / 14 Sentyabr 2026
58
11:37 / 14 Sentyabr 2026
851
11:35 / 14 Sentyabr 2026
56
11:31 / 14 Sentyabr 2026
60
11:12 / 14 Sentyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.