Nazirlər Kabineti yeni qərar qəbul edib
14 Sentyabr 2026, 16:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
349
07.05.2024, 13:00
Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib.
Oxu24.com xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Layihədə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir.
Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb.
Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur.
Qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.
Müzakirələrdən sonra yeni qanun layihəsi III oxunuşda qəbul olunub.
16:46 / 14 Sentyabr 2026
1
16:35 / 14 Sentyabr 2026
25
16:25 / 14 Sentyabr 2026
31
15:59 / 14 Sentyabr 2026
327
15:50 / 14 Sentyabr 2026
168
15:48 / 14 Sentyabr 2026
310
15:44 / 14 Sentyabr 2026
120
15:43 / 14 Sentyabr 2026
69
15:13 / 14 Sentyabr 2026
64
15:11 / 14 Sentyabr 2026
59
15:01 / 14 Sentyabr 2026
96
15:00 / 14 Sentyabr 2026
76
14:50 / 14 Sentyabr 2026
59
14:43 / 14 Sentyabr 2026
62
14:33 / 14 Sentyabr 2026
371
14:31 / 14 Sentyabr 2026
169
14:30 / 14 Sentyabr 2026
74
14:26 / 14 Sentyabr 2026
233
14:25 / 14 Sentyabr 2026
59
14:24 / 14 Sentyabr 2026
94
14:15 / 14 Sentyabr 2026
67
14:00 / 14 Sentyabr 2026
77
13:58 / 14 Sentyabr 2026
208
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.