Sovet dövründə lentə alınan “Ögey ana” filmində Cəhrə qarı eşşək südünün faydasından danışır. Uzun illər bu el arasında zarafat kimi işlədilsə də, əslində eşşək südünün insan orqanizminə faydası çoxdur.
“Oxu24.com” bu gün oxucularına uzunqulaq südünün faydalarından bəhs edəcək.
Yeni doğulan körpəyə ana südü çox faydalıdır və əvəzedilməzdir. Ana südü uşaqları bir sıra xəstəliklərdən qoruyur, immunitet sistemini gücləndirir. Bəs uşağa südvermə dövründə kifayət qədər südü olmayan analar nə etməlidir? Bu zaman qadınların köməyinə çatan təbii qidalardan biri də eşşək südüdür.
Uzunqulaq südünün tərkibi ana südünün tərkibinə çox yaxındır. Ana südü ilə qidalanmayan körpələr uşaq yeməyi ilə böyüyərək kifayət qədər inkişaf edə bilməzlər. Uşaqlar inkişaf mərhələsində təbii qidalarla təmin edilməlidirlər. Uzunqulaq südü də uşaqların inki.af prosesində qəbul edə biləcəkləri təbii qidalardandır.
Uşaqlara 2 aylıqdan sonra verilə bilər. Həm zehni, həm də fiziki inkişafında önəmli yer tutur.
Bronxit, astma kimi xəstəliklərlə əlaqəli üzə çıxan öskürək problemini həll edir.
Xərçəngə qarşı mübarizəni dəstəkləyir. Xərçəng hüceyrələrinin bədəndə yayılmasının qarşısını alır. Xüsusən də dəri, qara ciyər və mədə xərçənginə qarşı daha effektivdir.
Tərkibindəki faydalı bakteriyalar arıqlamağa kömək edir.
Tərkibində bol miqdarda kalsium var. Bu isə sümük əriməsi probleminin qarşısını alır. Bundan başqa tərkibindəki müxtəlif mineralların köməyi ilə də sümükləri gücləndirir.
Vitiliqo dəri xəstəliyinin də qarşısını alır. Vitiliqo xəstəliyi dəridə piqment çatışmazlığına görə ağ ləkələrin yaranması ilə müşayət olunur. Oxu24.com
ŞƏRHLƏR