Mikayıl Cabbarovla görüşmək istəyənlərin nəzərinə!
15 Sentyabr 2026, 11:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
317
01.05.2024, 09:09
Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır.
Oxu24.com xəbər verir ki, sənəd qəbulu elektron qaydada bu gündən başlayıb sentyabrın 13-nə qədər davam edəcək.
Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq.
Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək.
Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklər tətbiq olunacaq.
Həmin yeniliklər aşağıdakılardır:
Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) bu linkə daxil olaraq Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.
Bundan başqa, mayın 1-dən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində Azərişığın abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Yaşayış sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək.
11:35 / 15 Sentyabr 2026
1
11:34 / 15 Sentyabr 2026
9
11:28 / 15 Sentyabr 2026
20
11:24 / 15 Sentyabr 2026
21
11:20 / 15 Sentyabr 2026
28
11:16 / 15 Sentyabr 2026
25
11:11 / 15 Sentyabr 2026
174
11:10 / 15 Sentyabr 2026
33
11:08 / 15 Sentyabr 2026
39
11:02 / 15 Sentyabr 2026
37
11:00 / 15 Sentyabr 2026
48
10:59 / 15 Sentyabr 2026
34
10:58 / 15 Sentyabr 2026
36
10:56 / 15 Sentyabr 2026
33
10:54 / 15 Sentyabr 2026
35
10:53 / 15 Sentyabr 2026
34
10:34 / 15 Sentyabr 2026
68
10:14 / 15 Sentyabr 2026
62
10:08 / 15 Sentyabr 2026
48
10:07 / 15 Sentyabr 2026
76
10:04 / 15 Sentyabr 2026
42
02:04 / 15 Sentyabr 2026
165
00:04 / 15 Sentyabr 2026
264
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.