Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10720
az

Günün qoroskopu: çalışdığınız kollektivdə qəfil xəbərlər istisna deyil10 Mart 2019

00:0710 Mart, 2019
792
CƏMİYYƏT
  • A
Qoç - önəm verdiyiniz insanlarla əlaqələrdə dönüşlər, emosiyaların tarıma çəkilməsi riski var. Səbrli və təmkinli olun. Hadisələrin axarına kobud müdaxilə etməyin. Yaşamınızda dəyişikliklərə ehtiyac var. Önəmli heç nə baş verməsə də, yeni təmayüllərə açıq olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların fikirlərini nəzərə alın, onların dediklərini qulaqardına vurmayın. Şəxsi münasibətlərdə tələskənliyə yol verməyin. Qarşılıqlı anlaşma çox önəmlidir.
Axşam saatlarını ümumi maraqlara və fikirlərə malik olduğunuz insanlarla təmaslarda passiv davranmayın. Sizi maraqlandıran mövzuya qayıda bilərsiniz.
Buğa - çalışdığınız kollektivdə qəfil xəbərlər istisna deyil. Mövcud vəziyyəti nəzərə alaraq, imkanlarınızı aşmadan fəaliyyət göstərin. Yaşananlardan faydalanmaq üçün maksimum dərəcədə aktiv olun.
Günün ikinci yarısında uğurlarınız əhəmiyyətli dərəcədə təsadüfdən asılı olacaq. Uğurlu və ağıllı insanlarla əlaqələri kəsməyin. Onlarla ideya və planların mübadiləsinə başlamaq olar.
Romantikaya qapılmayın. Sevdiyiniz insanla təmaslarda yeni perspektivlər var.
Əkizlər - günün ilk yarısında qəfil işlərin və proseslərin mövqelərinizi tamamən zəiflətməsinə imkan verməyin. Yaşanacaq hadisələrə hazır olduğunuzu heç olmasa, zahirən göstərin. Qətiyyətli və iradəli davranışınız yaxın ətrafınızdakı insanlara da müsbət təsir edəcək.
Günün ikinci yarısında başladığınız işləri ideal şəkildə bitirməyə can atmayın. İdeal heç nə yoxdur. Amma öhdənizə düşən işlərin mütləq şəkildə öhdəsindən gəlin.
Axşam saatlarından istirahət, internetdə sörfinq, uzaqdakı insanlarla təmasların bərpası üçün yararlanmaq olar.
Dincəlin.
Xərçəng - rəqiblərin təcrübəsindən yararlanın. Fəaliyyətinizin nizamlanmaya ehtiyacı var. Situasiyanın diqtə etdiyi tərzdə çalışın. Düşünülməmiş qərarlar verməyin. Sizə dəstək olan insanları qayğılandıran məsələlərdən hali olun. Qarşılıqlı fəaliyyətə maksimum önəm verin.
Məzmun və motivləri indiədək qaranlıq məsələlərə günün ikinci yarısında aydınlıq gələ bilər. Bəzi konseptual məqamlarda geri çəkilməyin. Maraqlanızı başqalarının mənafelərinə qurban verməyin. Axşam saatlarında ünsiyyət sizə xoş anlar bəxş edəcək.
Bilik, bacarıq və dünyagörüşünüzü nümayiş etdirin.
Şir - planlar az deyil. Qüvvə və imkanlarınızı real dəyərləndirin. Ən mühüm məsələlərlə məşğul olaraq önəmsiz detallara fikir verməyin. Bir işi yarımçıq qoyaraq başqasına başlamayın. Tərəfdaşlarınız və şərikləriniz də fəaliyyət sahələrini genişləndirmək niyyətlərindədir. İşlərin əksər hissəsini onlara həvalə etməyin.
Günün ikinci yarısında fəal çalışın, seçimiş istiqamət üzrə plana uyğun hərəkət edin.
Qüvvələrlə potensialın yanlış dəyərləndirilməsi ifrat yorğunluğa, iş qabiliyyətinin azalmasına səbəb ola bilər. Əlavə vədlər və öhdəlikləri yeni problemlər yaratmamalıdır. Yaşam arealında qayda yaradın, fikirlərinizdə dalğın olmayın. Axşam saatlarına yaxın yeni mövzuya impuls veriləcək. Amma həlləlik hər şey ideyalar səviyyəsindədir.
Tələsməyin.
Qız - ətrafınızda baş verən hadisələrin yaratdığı gərgin duruma rəğmən, təkbaşına çalışmağa can atmayın. Bəzi hadisələrdə bilavasitə iştirakınız sizi məqsədə daha da yaxınlaşdıra bilər. Yeniliklər maraqlarınıza təsir edəcək. Mühüm söhbət olacaq. Sizi uzun müddətdən bəri gərgin vəziyyətdə saxlayan önəmli söhbət ola bilər.
Günün ikinci yarısında səylərinizi yönəldəcəyiniz istiqaməti seçin. Yaxın gələcəkdə maksimum mənfəət əldə etmək üçün aktiv olun. Sizi dilə tutmağa çalışan insana "yox" deməyi bacarın. Qüvvə, vaxt və vəsait tələb edən məqamlarda passiv davranmayın.
Axşam saatlarını ailənizlə birlikdə keçirin.
Tərəzi - dəyişikliklərə başlamaq zamanıdır. Perspektivlə bağlı məlumatlar alacaqsınız. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləyəcəklər. Kiçik problemlərin həllini bir müddətə təxirə salmaq olar. Yaşam sizə sürprizlər hazırlayıb.
Günün ikinci yarısı uğurlu dönəmdir. Əlverişli situasiyadan yararlanın. Amma bilin ki, uğurlu dönəm çox çəkməyəcək.
Sizdən fərqli maraqları, ideyaları olan insanlarla ünsiyyətdə xeyir var. Söhbətlərdən həzz almaq önəmli deyil: əsas məsələ danışıqlardan real fayda əldə etməkdir.
Əqrəb - nisbətən sakit zamandır. Yaranan şanslardan irəliləyiş üçün optimal şəkildə istifadə edin. Həll etdiyiniz problemləri unutmayın. Situasiyadan asılı olaraq planlarda dəyişikliklər edin. Hər şeyə birbaşa yanaşma faydalı deyil. Təmkin və səbr gərəksiz problemlərdən qurtulmağa imkan verəcək.
Günün ikinci yarısında yaxın ətrafınızda, çalışdığınız məkanda mühitin yaxşılaşdırılması üçün zəruri addımlar atın.
İnciklik, hansısa ədalətsizlikdən narazılıq cari işlərin öhdəsindən gəlməyə mane olacaq.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - günün ilk yarısı qəfil hadisələr və təəssüratlar, görüşlər və xəbərlər vəd edir. Önəmli saydığınız məsələ ilə bağlı yeni məlumatlar ala bilərsiniz. Gözlədiyiniz hadisə baş verəcək.
Uzun müddətdən bəri güc və vaxt tapmadığınız işi görə bilərsiniz. Cari işlərdə tərəfdaşlarla şəriklər aktiv rol oynayacaqlar. Yeni təkliflər və ideyalar olacaq.
Reallaşmayan arzular və ya puç olan istəklər münasibətlərdə gərginlik yaratmamalıdır. Hisslərin əsiri olsanız, ruh düşkünlüyünə qapıla bilərsiniz. Nikbin olun. Yeni məqsədlər və stimullar var.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - asan qələbələrə bel bağlamayın. Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz. Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə mövqelərinizi möhkəmlədirə bilərsiniz.
Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır.
Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və iradları nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Dolça - hədəf və məqsədləri yeniləməyin zamanıdır. Yaxın gələcəklə bağlı yeni planlar qurun. Aktivləşmək istədiyiniz istiqaməti seçin. Situasiya dəyişir, oyun iştirakçılarının heyətində fərqlər hiss olunur. Prioritetləri seçin.
 
Günün ikinci yarısında diqqətinizi yeni işə və ya layihəyə yöndəndirə biləcək tanışlıq ola bilər. Maddi perspektivlərinizin ciddi təhlilə ehtiyacı var.
Diqqət və zəhmət tələb edən işlərdən yayınmayın. Yaxın ətrafınızdakı insanlarla əlaqələrin önəmini dəqiq qiymətləndirin. Təsir altına düşməyin.
Balıqlar - tələskənliyə qapılmayın, yeni işlərə və layihələrə başlamayın. Mövcud işləri qaydaya salmağa çalışın. Önəmli saydığınız məsələlərlə bağlı məlumatlarınızı artırın. Çoxdan bəri gözlədiyiniz təklifi ala bilərsiniz. Peşəkarlığınızı nümayiş etdirin. Topladığınız təcrübədən nüfuzunuzu artırmaq üçün istifadə edin.
Günün ikinci yarısında hansısa işlər alınmasa detalları və təfərrüatları yenidən təhlil edin. Gərəkli istiqaməti seçin. Axşam saatlarında mühüm görüş və ya önəmli sənədin imzalanması istisna deyil.
Sosial şəbəkələrdə aktiv davranın. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Göyçayda 3 otaqlı ev yanıb