Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ bu ölkədə nüvə silahı yerləşdirərsə... - Peskov hədələdi

ABŞ bu ölkədə nüvə silahı yerləşdirərsə... - Peskov hədələdi

CƏMİYYƏT

276

22.04.2024, 19:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Müdafiə Nazirliyi Polşa ərazisində nüvə silahının yerləşdirilməsi halında Rusiyanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.

OXU24.COM  xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb.

Kremlin sözçüsü deyib: “Əgər bu cür planlar həyata keçirilərsə, hərbçilər, əlbəttə ki, vəziyyəti təhlil edəcək və istənilən halda təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi, bütün lazımi cavab addımlarını atacaqlar”.

Qeyd edək ki, Polşa prezidenti Anjey Duda bildirib ki, NATO müttəfiqləri qərar verərsə, Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır. Onun sözlərinə görə, Amerika nüvə silahlarının Polşada yerləşdirilməsi bir müddətdir ki, Birləşmiş Ştatlarla "danışıqların mövzusu olub".