Qaynar xətt:

(+99450) 247 90 86

Bu yol qismən bağlanacaq

2019-03/1551888247_yol.jpg

CƏMİYYƏT

795

06.03.2019, 20:02

\"\" Biləcəri qəsəbəsinin Ordubadi küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bunu Oxu24.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə martın 7-də səhər saatlarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanılır. \"Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına, həmçinin yol hərəkəti qaydalarına əməl etmələri və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri xahiş olunur\", - deyə məlumatda qeyd edilib.